Cronos Construction

Aparıcı mühasib

By agreement 1641
Full-time
Baku, Azerbaijan
16.01.25 - 16.02.25

Working conditions

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
  • Vergi və mühasibat uçotunu aparmaq;
  • Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
  • Debitor və kreditor hesablaşmaları aparmaq;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
  • Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin, material istifadələrinin və silinmələrin proqrama işlənməsi.
  • Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək.
  • Gündəlik və aylıq hesabatları tərtib etmək;
  • Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarını hazırlamaq və aidiyyəti orqanlara vaxtında təqdim etmək.
  • Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
  • Təcrübəyə uyğun rəqabətli əmək haqqı;
  • Ofisin mərkəzdə yerləşməsi;
  • 6 günlük iş rejimi.

Requirements

  • Müvafiq sahədə ali təhsil diplomu
  • Minimum 3 il  mühasib təcrübəsi olmalı;
  • ACCA FA, PMS sertifikatlarının olması üstünlükdür.
  • Vergi və əmək məcəlləsini, Azərbaycan Respublikası qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
  • Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
  • İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə saldo cədvəllərini oxumağı bilməli;
  • 1C 8.3 mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EFP, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
  • Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dilləri arzuolunandır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Uyğun namizədlər CV-lərini “Mühasib” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

Related vacancies