ARNE Group MMC

Aparıcı mühasib

1500 - 2000 ₼ 2687
Tam iş günü
Bakı, Azərbaycan
16.01.25 - 16.02.25

İş haqqında məlumat

  • Azərbaycan Respublikasının qanunvericiliyinə, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmasının təmin edilməsi;
  • Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatlarının (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, məhsulun satılmasının, daşınmaz əmlakların icarəyə verilməsinin, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi; 
  • Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatların hazırlanmasının və aidiyyəti orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsinin təmin edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunun və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
  • Məhsulun (işin, xidmətin) maya dəyərinin və hesabat kalkulyasiyasının tərtib edilməsi; 
  • Elektron qaimələrin yazılmasının və bununla əlaqədar satış sənədlərinin, hesab fakturalarının, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanmasının təmin edilməsi; 
  • “İnternet bankçılıq” üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) aparılması;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, işçi heyətinin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsinin həyata keçirilməsi; 
  • Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyələrin hesablanmasının və köçürülməsinin təmin edilməsi;
  • 6 günlük iş həftəsi (bazar ertəsi-cümə günləri 09:00 – 17:00, şənbə günləri 09:00 – 15:00).

Tələblər

  • 3 il iş təcrübəsinin olması arzuolunandır;
  • Ali təhsil (Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə);
  • Azərbaycan dili mükəmməl, rus dili biliyi arzuolunandır;
  • 1C və MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İşində məsuliyyətli, operativ və dəqiq olmaq.            

Oxşar vakansiyalar