North West Construction

Yol təmir işləri üzrə smeta mühəndisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
17.04.24 - 17.05.24

İş haqqında məlumat

  • Mövcud bazar qiymətləri əsasında yol-təmir işləri üzrə materiallar, avadanlıq və işçi qüvvəsi üçün xərclər smetasının hazırlanması;
  • Tikintinin texniki-iqtisadi əsaslandırılması və layihənin spesifikasiyalarına uyğunluq baxımından yol-təmir işləri ilə bağlı layihə sənədlərini (cizgilər, sxemlər, planlar) nəzərdən keçirmək;
  • Dəqiqliyi və tamlığı təmin edərək, yol-təmir işləri üçün smetanı təhlil etmək;
  • Tender təklifləri üçün təfərrüatlı büdcə siyahısını hazırlamaq;
  • Göstərişlərə və layihəyə uyğun olaraq smeta hazırlamaq;
  • Tender təklifləri zamanı texniki dəstək və təcrübənin təmin edilməsi;
  • Sektordakı bazar tendensiyaları və qiymətləndirmələrdən xəbərdar olmalıdır;
  • Xərclər smetası və maşınların iş saatı smetası üçün büdcə təhlili alətlərini hazırlamalıdır.

Tələblər

  • Arzuolunan namizəd layihə smetalarının hazırlanması və işin həcmi haqqında hesabatın hazırlanmasına xüsusi diqqət yetirməklə Asfalt Yollar üzrə güclü təcrübəyə malik olmalıdır;
  • Beton yollar üzrə təcrübənin olması üstünlükdür;
  • Mühəndis işin həcmi, spesifikasiyalar və sənaye meyarlarına əsaslanaraq layihələr üçün təfərrüatlı xərclər smetasını hazırlayacaq;
  • Excel üzrə bilik və layihə spesifikasiyalarını şərh etmək bacarığı vacibdir;
  • Namizəd xərclərin hesablanması prosesi üçün ierarxik təhlil üsulundan istifadə etməli olacaq;
  • Excel bilikləri və büdcə tərtibatı üzrə təcrübə yoxlanılacaq;
  • Maşınların iş saatları, avadanlıq tarifləri və materialın istehsal tarifləri barədə məlumatlılıq səviyyəsi yoxlanılacaq.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar