Bakı,
Azərbaycan
23.07.24
-
22.08.24
İş haqqında məlumat
- Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
- Görülən işlər barədə təqdim olunan sənədlərin (F No 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;
- Layihə sənədlərinə uyğun ümumi tikinti, mexaniki və elektrik təchizatı işlərinin layihə smeta sənədlərinin tərtibatı;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
- Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması;
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması;
- Layihələr üzrə iş qrafiklərin tərtib edilməsi və layihə üzrə işlərin planlaşdırılması;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;
- Rabitə xərci şirkət tərəfindən ödənilir;
- İş qrafiki: 5 günlük.
Tələblər
- Cinsi: Kişi;
- Yaş: 30-50;
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
- Təcrübə: Müvafiq sahə üzrə 3-5 il;
- Dil bilikləri: Azərbaycan dili (əla), ingilis və rus dilləri (yaxşı);
- Kompüter bacarıqları: MS Office və Autocad proqramlarını yaxşı dərəcədə bilməli;
- Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
- Ezamiyyətə hazır olmaq;
- Diqqətli və məsuliyyətli olmaq;
- Planlama və təşkilatçılıq qabiliyyəti.
Mühəndislik
Tikinti və təmir
Elanın müddəti bitmişdir