Баку,
Азербайджан
17.04.24
-
17.05.24
O работе
- Mövcud bazar qiymətləri əsasında yol-təmir işləri üzrə materiallar, avadanlıq və işçi qüvvəsi üçün xərclər smetasının hazırlanması;
- Tikintinin texniki-iqtisadi əsaslandırılması və layihənin spesifikasiyalarına uyğunluq baxımından yol-təmir işləri ilə bağlı layihə sənədlərini (cizgilər, sxemlər, planlar) nəzərdən keçirmək;
- Dəqiqliyi və tamlığı təmin edərək, yol-təmir işləri üçün smetanı təhlil etmək;
- Tender təklifləri üçün təfərrüatlı büdcə siyahısını hazırlamaq;
- Göstərişlərə və layihəyə uyğun olaraq smeta hazırlamaq;
- Tender təklifləri zamanı texniki dəstək və təcrübənin təmin edilməsi;
- Sektordakı bazar tendensiyaları və qiymətləndirmələrdən xəbərdar olmalıdır;
- Xərclər smetası və maşınların iş saatı smetası üçün büdcə təhlili alətlərini hazırlamalıdır.
Требования
- Arzuolunan namizəd layihə smetalarının hazırlanması və işin həcmi haqqında hesabatın hazırlanmasına xüsusi diqqət yetirməklə Asfalt Yollar üzrə güclü təcrübəyə malik olmalıdır;
- Beton yollar üzrə təcrübənin olması üstünlükdür;
- Mühəndis işin həcmi, spesifikasiyalar və sənaye meyarlarına əsaslanaraq layihələr üçün təfərrüatlı xərclər smetasını hazırlayacaq;
- Excel üzrə bilik və layihə spesifikasiyalarını şərh etmək bacarığı vacibdir;
- Namizəd xərclərin hesablanması prosesi üçün ierarxik təhlil üsulundan istifadə etməli olacaq;
- Excel bilikləri və büdcə tərtibatı üzrə təcrübə yoxlanılacaq;
- Maşınların iş saatları, avadanlıq tarifləri və materialın istehsal tarifləri barədə məlumatlılıq səviyyəsi yoxlanılacaq.
Инжиниринг
Строительство