Bakı,
Azərbaycan
19.01.24
-
18.02.24
İş haqqında məlumat
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, daxili tamamlama, fasad, landşaft vb);
- Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Layihəyə əsasən iş həcmlərinin çıxarılması;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək;
- Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
- Forma 2, Forma 3 hazırlanması;
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanılması.
Tələblər
- Təhsil: Mühəndis və ya memar ixtisası üzrə ali təhsil;
- Təcrübə: Minimum 3 il müvafiq sahədə;
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus;
- Kompüter bacarıqları: Excel və AutoCAD proqramları üstün səvviyyədə;
- Müvafiq qanunvericilik aktları və normalarını bilmək.
- Vakansiya ilə maraqlanan şəxslər https://www.unico.az/az/jobs/x%c9%99rcl%c9%99r%c9%99-n%c9%99zar%c9%99t-uzr%c9%99-muh%c9%99ndis-tikinti-layih%c9%99l%c9%99ri-uzr%c9%99/ linkinə keçid edərək müraciət edə bilər.
Mühəndislik
Tikinti və təmir
Elanın müddəti bitmişdir