Bakı,
Azərbaycan
30.08.24
-
29.09.24
İş haqqında məlumat
- Mərkəzin fəaliyyəti ilə bağlı hazırlanmış əməliyyat planına uyğun olaraq tapşırıqları icra etmək;
- Təlim, ixtisasartırma, yenidən hazırlanma, peşə hazırlığı və sertifikasiya proqramları ilə bağlı modeli hazırlamaq, təşkil və tətbiq edilməsi prosesində iştirak etmək;
- Daxili təlimçilərin hazırlanması və təlim proseslərinə cəlb olunması məqsədilə struktur vahidlərinin rəhbərləri ilə danışıqlar aparılmasını təşkil etmək;
- Cəmiyyətin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təlimləri təşkil etmək;
- İllik təlim planına uyğun olaraq təlimlərin keçirilməsi qrafikinin hazırlanmasında iştirak etmək;
- Kənar vendorların seçilməsi məqsədilə görüşlər təşkil etmək;
- Kənar vendor şirkətlərlə müqavilələrin müvafiq qaydada imzalanması məqsədilə verilmiş tapşırıqları icra etmək;
- İllik təlim büdcəsinin formalaşdırlması ilə bağlı müvafiq tapşırıqları icra etmək;
- Təlim xərclərinin illik təlim büdcəsi çərçivəsində aparılmasını təşkil etmək;
- Şöbədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
- İnsan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması, bununla bağlı zəruri texniki platformanın hazırlanmasını təşkil etmək ilə bağlı təkliflər vermək;
- Aylıq olaraq görülmüş işlər barədə idarə rəisinə hesabat vermək.
Tələblər
- Təhsil: Ali təhsilli (İnsan Resurslarının İdarəolunması, Sosial Elmlər, Biznes İdarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır) olmalı;
- Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Yaxşı səviyyədə ingilis və ya rus dili biliyi;
- Kompüter bacarıqları: MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
- Kommunikasiya və təqdimat bacarıqları;
- İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər.
İnzibati, Biznes, İdarəetmə
Peşəkar xidmətlər