Bakı,
Azərbaycan
05.01.25
-
06.02.25
İş haqqında məlumat
- Cəmiyyətin İnformasiya texnologiyaları sahəsində siyasətini, habelə proseduraların və qaydaların hazırlanması;
- Şöbəyə aid prosedur və təlimatların yazılması, razılaşdırılması və onların icrasına nəzarətin həyata keçirilməsi;
- Cəmiyyətdə elektron informasiya sistemlərinin dayanıqlığına nəzarət üçün tələblərin təhlili və sənədləşdirilməsi, onların maraqlı tərəflə razılaşdırılması;
- İnformasiya texnologiyaları layihələrinin icrası və avadanlıq yenilənmələri zamanı müvafiq texniki tapşırılıqların və layihə həcmlərinin tərtib edilməsi;
- Şöbənin illik büdcəsi və satınalmalar planının şöbə daxili əməkdaşlarla və Cəmiyyətin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyəti nəticəsində formalaşdırlıması və nəzarətin həyata keçirilməsi;
- Sifarişlərin verilməsi, şöbədaxili təsdiq edilmiş sənədlərin və iş məlumatlarının arxivlənməsi və dövriyyəsinin təşkili;
- İT layihələrinin icrası və şöbənin gündəlik fəaliyyəti zamanı podratçılarla uyğun işin təşkilinin həyata keçirilməsi;
- Şöbənin daxili sənədləşməsinin təşkil edilməsi (Müqavilələr, ödəniş sənədləri və s.);
- Şöbəyə aid mövcud aktivlərin (avadanlıqların və materialların) idarəedilməsi və təmin edilməsi;
- Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir;
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir;
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır;
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir;
- Nəqliyyat xidməti;
- Rəqabətli mükafatlandırma sistemi.
Tələblər
- Ali təhsil (İT üzrə təhsil arzuolunandır);
- İT sahəsində ən azı 5 il, layihələrin idarəedilməsi üzrə ən azı 3 il;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili yaxşı səviyyədə tələb olunur;
- İTİL V4 üzrə biliklərə malik olması (sertifikatın olması arzuolunandır);
- Layihələrin idarəedilməsi üzrə təcrübə (sertifikatın olması arzuolunandır);
- Serverlər, Şəbəkələr və Nəzarət sistemləri üzrə təməl biliklərin olması;
- Kompüter bilikləri: Microsoft Word, Exel, Visio, Power point, Outlook;
- Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
İnzibati, Biznes, İdarəetmə
Peşəkar xidmətlər