Ramco CJSC

Smeta mühəndisi

2200 ₼ 159
Tam iş günü
Bakı, Azərbaycan
04.06.24 - 04.07.24

İş haqqında məlumat

  • Tikinti quraşdırma və təmir işləri üzrə smetaları tərtib etmək;
  • Qiymətlərin və ya həcmlərin dəyişməsi zamanı smetada müvafiq dəyişikliklər etmək; 
  • Layihə təşkilatları tərəfindən tərtib edilmiş smetaların düzgünlüyünü yoxlamaq və rəy hazırlamaq;
  • Podrat və subpodratçıların cəlb edilməsi üçün sahədən təqdim edilmiş tələbnamə əsasında materiallar və ya işçiliyin spesifikasiyası, sayı və texniki xarakteristikasını təsdiqlənmiş smeta əsasında yoxlamaq və müvafiq departamentlərə yönəltmək;
  • Smeta sənədlərinin qeydiyyatını aparmaq, smeta hesablamalarını sistemləşdirmək;
  • Bütün növ təmir-tikinti işləri üzrə smeta dəyərinin müəyyən edilməsi məqsədi ilə araşdırma aparmaq, alınan məlumatları sistemləşdirmək;
  • İstehsalatın effektivliyinin artırılması və tikinti quraşdırma işlərinin maya dəyərinin azaldılması ilə bağlı təkliflər vermək;
  • Smetaların tərtibi üçün bazar qiymətlərini analız edərək xidmətlərin, materialların və s. vahid həcminin qiymətlərini müəyyən etmək;
  • Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanmasında iştirak etmək;
  • Görülmiş işlər üzrə aktların tərtib edilməsində iştirak etmək;
  • Görülən işlərin smeta dəyəri ilə bağlı arayışlar hazırlamaq.

Tələblər

  • Təhsil: Ali təhsil (Mühəndislik ixtisası üzrə üstünlükdür); 
  • Təcrübə: Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 3 illik iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office, Autocad proqramlarında işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili biliyi yaxşı səviyyədə, Rus dili biliyi üstünlükdür;
  • Yüksək səviyyədə ünsiyyət bacarığı; 
  • İdarətmə bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar