AAC MMC

Baş energetik

Ə/h razılaşma ilə 79
Tam iş günü
Bakı, Azərbaycan
06.09.24 - 06.10.24

İş haqqında məlumat

  • İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km.
  • Əmək haqqı təcrübədən asılı olaraq 1200-1300 AZN (net) olacaqdır. 
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
  • İş rejimi – 5 günlük
  • Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək;
  • Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək;
  • Yeni istifadəyə verilmiş texnoloji qurğuların elektrik avadanlıqlarının prinsipial sxemlərini öyrənmək;
  • Yeni texnika üzrə tədbirlərin, enerji ehtiyatlarının səmərəli istifadə edilməsi, verilmiş miqdarda qüvvə əmsalını saxlamaq, enerji ehtiyatlarının sərf etmə balansının hazırlanmasını təşkil etmək;
  • Vahid məhsulun enerji ehtiyatlarının sərf edilməsinin xüsusi normasını və enerji ehtiyatından səmərəli istifadə edilməsinə nəzarət etmək;
  • Zavodun elektrik avadanlıqlarının əsaslı təmir işlərini aparmaq üçün yanaşı xidmət göstərən bölmələrlə titul siyahılarını tərtib etmək;
  • Ehtiyat hissələrinin və elektrik avadanlıqlarının alınması ilə əlaqədar sənədləri hazırlayıb rəsmiləşdirmək,Umysoft proqramına daxil etmək 
  • Təmir işləri ilə əlaqədar qüsur cədvəlləri və avadanlıqların əsaslı təmiri üçün smetaların baxılıb razılaşdırılması;
  • Əmək funksiyasını icra etdiyi sahə və şöbələrdə elektrik nəzarətin edilməsi.
  • Şəbəkənin və elektrik avadanlıqlarının,qaz təsərrüfatı xidmətinin təhlükəsiz istismarını təmin etmək;
  • Elektrik avadanlıqlarının illik ,aylıq ,günlük  carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək.
  • Zavodda işləyən sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
  • Zavod üzrə və həmçinin ayrı-ayrı texnoloji sexlər üzrə vahid məhsula düşən elektrik enerjisinin, yanacağın norması və istehlak planlarının və balanslarının plan şöbəsi ilə birlikdə hazırlanıb rəhbərliyin təsdiqinə təqdim etmək;
  • Tabeçiliyində olan elektrik heyətin 4-cü qrupa qədər biyinin yoxlanılması və qrupların verilməsini təmin etmək.

Tələblər

  • Ali təhsil- (texniki);
  • İş təcrübəsi- 5 ildən çox;
  • Yaş həddi: 35 – 55 yaş aralığı;
  • Dürüst, çalışqan, məsuliyyətli olmalı; 
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Təyin edilmiş vaxta qədər eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları.


Oxşar vakansiyalar