OMİD MMC

Servis xidmətinin rəhbəri

Ə/h razılaşma ilə 102
Tam iş günü
Bakı, Azərbaycan
19.08.24 - 18.09.24

İş haqqında məlumat

  • Müştərilərin müraciətinin qısa zamanda, effektiv və sürətli cavablandırılmasının təşkili;
  • Müştərilərə uyğun görüş vaxtının təyin olunmasının təşkili;
  • Müştərilərə servis xidməti, zəmanət əhatəsi və xidmət detalları haqqında açıq və dəqiq məlumat verilməsinin təşkil;
  • Müştərilərin razılığına və loyallığına nail olmaq;
  • Servis personalının idarə olunması və effektiv işinin təşkili;
  • Servis mərkəzi daxilində nizam-intizam qaydalarına və  korporativ üsluba riayət olunmasına  nəzarət etmək;
  • Servis əməkdaşları ilə mütəmadi toplantıların təşkil olunması və mövcud problemlərin həlli üsullari üzərində işləmək;
  • Servis daxili avadanlıqlarının təmiri və dövri qulluqlarının təşkil olunmasını təşkil etmək;
  • Texniki xidmət mərkəzinin bütün işlərinə nəzarət edilməsi; 
  • İstehsalçıların təmir texnologiyalarına riayət edilməsi; 
  • Texniki xidmətin rəsmiləşdirilməsi və müvafiq sənədləşmənin aparılması;
  • Texniki nasazlığın və müştəri  tələbatının təyin edilməsi; 
  • Müştəriyə zəruri hallarda texniki xidmət barədə məlumat verilməsi; 
  • Müştəri məmnuniyyəti üçün qoyulan hədəflərin həyata keçirilməsinə cavabdehlik daşınması;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş qrafiki: həftədə 6 gün;
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 44.

Tələblər

  • Ali təhsil (Mühəndis ixtisası üstünlükdür);
  • 30-40 yaş;
  • Məişət avadanlıqları və elektrik sahəsində 4-5 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür;
  • Problemləri həll etmə bacarığı və punktuallıq;
  • Yüksək ünsiyyət qabiliyyəti;
  • Analitik düşünmə qabiliyyəti;
  • İdarəçilik bacarığı;
  • İşi vaxtında və operativ təhvil vermək bacarığı;
  • Komanda quruculuğu və komandanın idarəedilməsi;
  • Texniki-mühəndis sənədlərlə (çizgilər, texniki şərtlər, xüsusiyyətlər və s.) tanışlıq;
  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • Azərbaycan və rus dili biliyi.


Oxşar vakansiyalar