Cronos Construction

Servis müdiri

Ə/h razılaşma ilə 114
Tam iş günü
Bakı, Azərbaycan
09.07.24 - 08.08.24

İş haqqında məlumat

  • Servis mərkəzinin gündəlik işinin planlanması və tənzimlənməsi;
  • Servis personalının idarə olunması və effektiv işinin təşkili;
  • Servis mərkəzi daxilində nizam-intizam qaydalarına və  korporativ üsluba riayət olunmasına  nəzarət etmək;
  • Servis daxili avadanlıqlarının təmiri və dövri qulluqlarının təşkil olunması;
  • Müştərilərin razılığına və loyallığına nail olmaq;
  • Texnikalara göstərilən texniki xidmət satışları üzrə qoyulmuş hədəflərə nail olmaq;
  • Avtomobil Servis əməkdaşlarının əsas performans göstəricilərinin təhlili və müvafiq qiymətləndirmənin aparılması;
  • İdarə etdiyi personalın güclü və zəif tərəflərinin müəyyən edilməsi və müvafiq təlim tədrislərə yönləndirilməsi;
  • Servis əməkdaşları ilə mütəmadi toplantıların təşkil olunması və mövcud problemlərin həlli üsullari üzərində işləmək;
  • Müştəri müraciətlərinin qısa zamanda həlli və cavablandırılması;
  • Texniki xidmət mərkəzinin bütün işlərinə nəzarət edilməsi;
  • İstehsalçıların təmir texnologiyalarına riayət edilməsi;
  • Texniki xidmətin rəsmləşdirilməsi və müvafiq sənədləşmənin aparılması;
  • Texniki nasazlığın və müştəri  tələbatının təyin edilməsi;
  • Ehtiyat hissələrinin anbarına nəzarət etmək zəruriyyət yarandıqca tənzimlənməsi;
  • Müştəriyə zəruri hallarda texniki xidmət barədə məlumat verilməsi;
  • Zəmanətli avtomobillərin zəmanət üzərindən texniki xidmətinin təmin edilməsinə nəzarət edilməsi;
  • İşçilərə təlimin keçirilməsi.

Tələblər

  • Yaş: 30-45;
  • Təhsil: Ali;
  • Dil bilikləri: Azərbaycan dili səlis danışıq (ingilis və rus dilləri arzu olunandır);
  • Təcrübə: Servisi idarəçiliyi və texniki baxış mühəndisliyi üzrə minimum 3 illik təcrübə;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar