Bakı,
Azərbaycan
11.10.24
-
11.11.24
İş haqqında məlumat
- Layihələr sifarişçinin istəyinə əsasən müxtəlif obyektlərdə, müxtəlif kateqoriyalı otaq və giriş qapıları, qapı dəstəklərinin quraşdırılmasından ibarət olacaq;
- Qapı quraşdırılması üzrə hazırlanmış layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək;
- Hazır layihələr əsasında qapı yerləri, qapı sayı və onların ölçüləri haqqında excel cədvəl tərtib etmək;
- AutoCad proqramında çertyojlar üzərində iş aparmaq, detallarda dəyişiklik və ya əlavələr etmək;
- Layihələrdə təqdim edilən qapı növlərini müəyyən edib onların say və ölçülərini fabrikə sifariş vermək;
- Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək;
- Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək;
- Layihələrlə bağlı işlərin gedişini izləmək və vəzifə öhdəlikləri daxilində layihənin gedişi ilə bağlı müştəri və ya maraqlı tərəfə bərabər səviyyədə məlumat vermək;
- İnformasiya texnologiyalarına əsaslanan sənədləşmə, simulyasiya, məlumat bazası və s. aid qaydalara əməl etmək;
- Layihə ilə bağlı gündəlik hesabatları rəhbərliyə təqdim etmək;
- Bir-birinə bağlı olan layihələr arasında fəaliyyətin optimallaşdırılması, risklərin və məsələlərin müəyyənləşdirilməsi, təsirlərin azaldılması üçün həllər hazırlamaq;
- Layihələrin gedişatı və inkişaf prosesinin daimi izlənilməsi və tamamlanmasını təmin etmək üçün işçi qrupları ilə yaxından əməkdaşlıq göstərilmək;
- Layihə prosesləri zamanı yaranmış problemlərin və risklərin müəyyənləşdirilməsi və həllinə yönəlik planlarının hazırlanması;
- Layihə büdcələrinin tərtib edilməsi və aylıq fərq hesabatlarının hazırlanması;
- Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək;
- İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək;
- Şənbə və bazar qeyri iş günləridir;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Tələblər
- Ali təhsil (Memarlıq və İnşaat sahəsində üstünlükdür);
- Layihə idarəetmə sahəsində ən azı 3-5 il iş təcrübəsi (Memarlıq, mühəndislik sahəsində iş təcrübəsi üstünlükdür);
- Çertyojları oxumaq və başa düşmək bacarığı
- Yüksək səviyyədə Azərbaycan və rus dili biliyi, ingilis dili üstünlükdür;
- Auto Cad, Excel və Word proqramlarında sərbəst işləmək bacarığı;
- Effektiv şifahi və yazılı kommunikasiya bacarığı;
- Gərgin iş rejimində işləmək bacarığı;
- Qapı növləri, materialları və quraşdırılması sahəsində təcrübə üstünlükdür;
- İşin xarakteristikasına uyğun olaraq, xanım namizədlərə üstünlük veriləcək.
İnzibati, Biznes, İdarəetmə
Tikinti və təmir
Elanın müddəti bitmişdir