Bakı,
Azərbaycan
07.10.24
-
07.11.24
İş haqqında məlumat
- Avadanlıq üçün sifarişlərin qəbul edilməsi, sifarişlərin yerləşdirilməsi və düzəliş edilməsi;
- Yerləşdirilmiş sifarişlərin verilənlər bazasında idarə edilməsi, onların tədarük müddətlərinin, daşınma vasitəsinin və qiymətinin nəzarət edilməsi;
- Daşınmanın optimallaşdırılması;
- Anbara qəbul edilmiş və buraxılmış malların logistikasının idarə edilməsi;
- Müqavilələrin, hesab fakturaların, qaimə fakturaların, yerinə yetirilmiş işlər üzrə aktların, gömrük proseduru üçün sənədlərinin hazırlanması;
- Layihələr üzrə göndərilmiş hesab-fakturalarının pul vəsaitlərinin yığılmasının nəzarət edilməsi;
- İstehsalçının balansında olan pul vəsaitlərinin hesabatının aparılması;
- İstehsalçı tərəfindən tələb edilən hesabatların hazırlanması (CRM Pipeline Monthly Output);
- Qüsurlu avadanlığın dəyişdirilməsi və istehlakçı tərəfindən zəmanətli təmirinin təmin edilməsi ilə bağlı sualların həll edilməsi;
- Layihə üçün nəzərdə tutulmuş malların və avadanlıqların qəbul edilməsi (çatışmayan avadanlıqların müəyyən edərək istehsalçıya bildirilməsi);
- Yeni layihələrin araşdırılması, yeni müştərilərlə görüşlərin təşkil edilməsi;
- Bazarın tələblərinə uyğun yeni məhsulların və həllərin öyrənilməsi;
- Yeni məhsulların və həllərin təqdimatının hazırlanması və keçirilməsi;
- İstehsalçı tərəfindən təşkil olunan webinar və onlayn təlimlərdə iştirak edilməsi;
- Digər ölkələrdə olan xarici partnyorlarla mütəmadi olaraq danışıqların aparılması;
- Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00);
- İstirahət günləri – şənbə və bazar günləri.
Tələblər
- Yalnız xanım namizədlər;
- Yaş həddi: 25- 40;
- MS Excel , MS Word proqramlarından istifadə;
- Kargüzarlığın standartlarını;
- Sənədlərin rəsmiləşdirilməsi və hazırlanması;
- İşgüzar münasibətlərin qaydalarını;
- Malların çeşidini, təsnifatını, xarakteristikasını və təyinatını;
- Dil bilikləri: Rus dili mütləq, İngilis dili arzuolunandır.
İnzibati, Biznes, İdarəetmə
Tikinti və təmir
Elanın müddəti bitmişdir