Баку,
Азербайджан
08.01.25
-
31.01.25
O работе
- Layihə təkliflərinin ilkin incələnməsi, eləcə də maliyyə modelinin hazırlanması üzrə müvafiq yanaşmanın təyini və ilkin verilənlərin müəyyənləşdirilməsinə zəruri dəstəyin göstərilməsi
- Çoxsaylı daxili tərəf və departamentlərlə birgə cari durumun hərtərəfli təhlilinə dəstək göstərilməsi;
- Bazar, maliyyə və texniki məlumatlar əsasında maliyyə və əməliyyat təhlillərinin aparılması;
- Layihələrin texniki-iqtisadi əsaslandırılması (o cümlədən, NPV, IRR və PBP kimi göstəricilərin müəyyənləşdirilməsi) məqsədilə baza maliyyə modelinin qurulması;
- Spesifik sorğuların tələblərini tam başa düşmək (dərin təhlilin icrası), müvafiq şöbələrdən zəruri məlumatların toplanılması və qərarvermə prosesinə kömək üçün data analitika metodlarının tətbiq olunması;
- Tam texniki-iqtisadi əsaslandırma hesabatını hazırlanması yönündə komandaya dəstək verilməsi;
- SDM tərkibində yer alan şirkətlərin satış və xərc hesabatlarının hazırlanması;
- Hesabatların və PowerPoint təqdimatlarının hazırlanmasında köməklik etmək.
Требования
- Maliyyə, investisiya, maliyyə təhlili və ya oxşar sahədə minimum bakalavr dərəcəsi;
- Maliyyə təhlili və (maliyyə) modelləşdirmə bacarıqları;
- Qabaqcıl analitik bacarıqlar və tənqidi düşüncə tərzi;
- Detallara xüsusi diqqət yetirmə və həll yönümlü çalışma bacarıqları;
- Gərgin iş şəraitində işləmə bacarığı və yüksək ünsiyyət qurmaq bacarığı;
- Maliyyə/İnvestisiya/Audit/Konsaltinq üzrə minimum 2 il iş təcrübəsi;
- Neft və qaz sənayesində təcrübə və/və ya bilik arzuolunandır;
- CFA, FRM, CIMA, ACCA sertifikatları arzuolunandır.
Инжиниринг
Нефть и газ