SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Proses mühəndisi

Ə/h razılaşma ilə 0
Tam iş günü
Bakı, Azərbaycan
16.08.24 - 15.09.24

İş haqqında məlumat

  • Növbətçilik üzrə vəzifə və öhdəlikləri yerinə yetirmək;
  • Baş mühəndis tərəfindən öz sahəsi üzrə tapşırıqları yerinə yetirmək;
  • Korporativ siyasətə, missiyaya, vizyona, dəyərlərə, hüquqi və digər tələblərə, o cümlədən şirkətin etik qaydalarına, siyasətlərinə, prosedurlarına, təlimatlarına, strategiyalarına və məqsədlərinə uyğun fəaliyyət göstərmək; müvafiq qaydaların, siyasətin və digər tələblərin müvafiq vəzifələrdə çalışan işçilər tərəfindən qəbul edilməsini və yayılmasını təmin etmək;
  • Qlobal təcrübədən istifadə etmək üçün qurğu lisenziar və vendorlarla (mövzu üzrə ekspertlərlə) əlaqələr qurmaq;
  • Digər şöbələrin mütəxəssisləri və mühəndisləri ilə əməkdaşlıq qurmaq;
  • Zavodun təhlükəsizliyini, etibarlılığını və iqtisadiyyatını yaxşılaşdırmaq üçün etibarlılıq və təhlükə analizi tədqiqatlarına dəstək vermək və onları həyata keçirmək;
  • Texniki tövsiyələr və mühəndis dəstəyi vermək, əsas proses və köməkçi bölmələrin planlaşdırılmış təmirə dayanma müddətində iştirak etmək və hesabatlar hazırlamaq;
  • Bu işə hündürlükdə iş və məhdud məkana giriş daxildir;
  • Katalizator, adsorbent, aşqar, reagent sərfiyyat və onların performansına nəzarət etmək və lazım gəldikdə tələb olunan miqdarın əldə edilməsi prosesinə başlamaq;
  • Proses dəyişənlərini optimallaşdırmaq və zavodun performansını qiymətləndirmək üçün sınaqlar keçirmək;
  • Mövcud performans və bu sahədə ən yaxşı təcrübələr arasında boşluqları müəyyən etmək və təkmilləşdirmə fikirlərini tövsiyə etmək;
  • Əsas neft emalı qurğularında gündəlik problemlərin aradan qaldırılması və prosesin optimallaşdırılmasını həyata keçirtmək;
  • Proses problemlərinin aradan qaldırılmasına dəstək vermək, texniki tövsiyələr vermək, texniki sorğulara cavab vermək, proses mühəndisliyi izləmə alətlərini təkmilləşdirmək və proses prosedurlarını təkmilləşdirmək.

Tələblər

  • Kimya mühəndisliyi üzrə bakalavr;
  • 2024 Məzunları;
  • MS office və digər kompüter bilikləri;
  • Simulyasiya proqramı bilikləri (HYSYS);
  • Texniki sənədlər haqqında anlayış (Proses axış sxemləri (PFD), P&ID, Səbəb və Nəticə diaqramları (C&E), avadanlıq/alətlərin proses texniki pasportları, kontrol lojik diaqramları, avadanlıqların mexaniki sxemləri);
  • Mühəndislik hesablama bacarıqları;
  • Kimyəvi maddələr və katalizatorlar haqqında ümumi biliklər;
  • Neft Emal prosesləri haqqında ümumi biliklər;
  • İngilis və Azərbaycan dil bilikləri;
  • Ünsiyyət və təqdimat bacarıqları.

Elanın müddəti bitmişdir