Aztelekom

Müştəri dəyərinin idarə olunması

Ə/h razılaşma ilə 0
Tam iş günü
Bakı, Azərbaycan
11.10.24 - 11.11.24

İş haqqında məlumat

  • Təyin olunmuş taktiki plana əsaslanaraq, Müştəri Dəyərinin İdarə olunması sektorunun əməliyyat planını müəyyənləşdirmək və icra etmək;
  • Müştəri itkisini azaltmaq, müştəri sədaqətini və gəliri artırmaq üçün əlavə satış və çarpaz satış texnikalarından istifadə etməklə proaktiv tədbirlər hazırlayıb icra etmək;
  • Xam məlumatları emal etmək və detallı təhlil üçün lazım olan formata uyğunlaşdırmaq, həmçinin, xüsusi və ya daimi hesabat tələblərini müəyyən etmək;
  • Müştəri bazasının davamlı və ən son məlumatlara əsaslanmış seqmentləşdirilməsini təmin etmək və hər bir seqmentin profilinə əsasən ən uyğun təklifləri hazırlamaq;
  • Əl işinin avtomatlaşdırılması yollarını araşdırmaq və müvafiq tətbiq edilməsi üçün ən yaxşı təcrübələri təklif etmək;
  • Müştəri şikayətləri, texniki nasazlıqlar və məhsul portfeli ilə bağlı digər problemli məsələlərdən xəbərdar olmaq və onları vaxtında və yüksək keyfiyyətlə həll etmək üçün müvafiq tərəflərlə əlaqədə olmaq;
  • Təkliflərin hazırlanması/kampaniya idarəetməsi proseslərinin bütün tələb olunan mərhələlərində iştirak etmək və təyin edilmiş tələbləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmək;
  • Şirkət və sektorun təşəbbüslərinin əsas performans göstəricilərini gündəlik olaraq izləmək və həm proaktiv, həm də reaktiv şəkildə addımların atılmasından əmin olmaq.

Tələblər

  • Məhsul marketinqi, məhsul idarə olunması, biznes analitikası və ya data analitikası sahələrində 1 illik iş təcrübəsi və ya oxşar sahələrdə 2 illik iş təcrübəsi;
  • Bakalavr dərəcəsi. Biznesin idarə olunması, marketinq, iqtisadiyyat və ya data analitikası sahələrində təhsil üstünlükdür;
  • Azərbaycan dili - Tam Peşəkar Səviyyə,İngilis dili - Məhdud İş Səviyyəsi;
  • MS Office proqramlarında yüksək peşəkarlıq və hər hansı bir data analitikası aləti/proqramlaşdırma dilində orta səviyyədə təcrübə;
  • Analitik düşüncə;
  • Ünsiyyət;
  • Problemlərin həlli;
  • Bir neçə işi eyni anda görmə;
  • Layihə koordinasiyası;
  • Məhsul idarə olunması;
  • Rəqəmsal inkişaf;
  • Məlumat analizi;
  • Məlumatların təqdimatı.

Elanın müddəti bitmişdir