Баку,
Азербайджан
11.10.24
-
11.11.24
O работе
- Təyin olunmuş taktiki plana əsaslanaraq, Müştəri Dəyərinin İdarə olunması sektorunun əməliyyat planını müəyyənləşdirmək və icra etmək;
- Müştəri itkisini azaltmaq, müştəri sədaqətini və gəliri artırmaq üçün əlavə satış və çarpaz satış texnikalarından istifadə etməklə proaktiv tədbirlər hazırlayıb icra etmək;
- Xam məlumatları emal etmək və detallı təhlil üçün lazım olan formata uyğunlaşdırmaq, həmçinin, xüsusi və ya daimi hesabat tələblərini müəyyən etmək;
- Müştəri bazasının davamlı və ən son məlumatlara əsaslanmış seqmentləşdirilməsini təmin etmək və hər bir seqmentin profilinə əsasən ən uyğun təklifləri hazırlamaq;
- Əl işinin avtomatlaşdırılması yollarını araşdırmaq və müvafiq tətbiq edilməsi üçün ən yaxşı təcrübələri təklif etmək;
- Müştəri şikayətləri, texniki nasazlıqlar və məhsul portfeli ilə bağlı digər problemli məsələlərdən xəbərdar olmaq və onları vaxtında və yüksək keyfiyyətlə həll etmək üçün müvafiq tərəflərlə əlaqədə olmaq;
- Təkliflərin hazırlanması/kampaniya idarəetməsi proseslərinin bütün tələb olunan mərhələlərində iştirak etmək və təyin edilmiş tələbləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmək;
- Şirkət və sektorun təşəbbüslərinin əsas performans göstəricilərini gündəlik olaraq izləmək və həm proaktiv, həm də reaktiv şəkildə addımların atılmasından əmin olmaq.
Требования
- Məhsul marketinqi, məhsul idarə olunması, biznes analitikası və ya data analitikası sahələrində 1 illik iş təcrübəsi və ya oxşar sahələrdə 2 illik iş təcrübəsi;
- Bakalavr dərəcəsi. Biznesin idarə olunması, marketinq, iqtisadiyyat və ya data analitikası sahələrində təhsil üstünlükdür;
- Azərbaycan dili - Tam Peşəkar Səviyyə,İngilis dili - Məhdud İş Səviyyəsi;
- MS Office proqramlarında yüksək peşəkarlıq və hər hansı bir data analitikası aləti/proqramlaşdırma dilində orta səviyyədə təcrübə;
- Analitik düşüncə;
- Ünsiyyət;
- Problemlərin həlli;
- Bir neçə işi eyni anda görmə;
- Layihə koordinasiyası;
- Məhsul idarə olunması;
- Rəqəmsal inkişaf;
- Məlumat analizi;
- Məlumatların təqdimatı.
Продажи
ИКТ
Срок действия задания истек