Bakelektro

Müqavilələr və tenderlər üzrə menecer

Ə/h razılaşma ilə 382
Tam iş günü
Bakı, Azərbaycan
23.12.24 - 23.01.25

İş haqqında məlumat

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi;
  • Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması;
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Tender prosesi zamanı şirkətin təmsil olunması;
  • Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və aylıq hesabatların hazırlanması;
  • Müqavilə danışıqlarının aparılması;
  • Müqaviləyə əlavələrin hazırlanması;
  • Müqavilələrinin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət;
  • Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
  • Müqavilə yazışmalarının aparılması, mübahisəli məsələlərə baxılması;
  • Müqavilələrin reyesterinin aparılması.
  • Müqavilələrin elektron qeydiyyatını və arxivini təşkil etmək;
  • Müqavilələr üzrə texniki işlər, kargüzarlığın aparılması;
  • Müqavilələrin elektron reyestr sistemini mütəmadi olaraq yoxlamaq və yeniləmək.

Tələblər

  • 6 günlük iş həftəsi;
  • Yaş: 25-40;
  • Ali təhsil - Hüquq, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr, İqtisadiyyat  sahələrdən birində;
  • MS Office bilikləri (Word, Excel, Outlook, Powerpoint);
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
  • Əmək haqqı razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən qarşılanır.

Oxşar vakansiyalar