Баку,
Азербайджан
23.12.24
-
23.01.25
O работе
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi;
- Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması;
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
- Tender prosesi zamanı şirkətin təmsil olunması;
- Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və aylıq hesabatların hazırlanması;
- Müqavilə danışıqlarının aparılması;
- Müqaviləyə əlavələrin hazırlanması;
- Müqavilələrinin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət;
- Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
- Müqavilə yazışmalarının aparılması, mübahisəli məsələlərə baxılması;
- Müqavilələrin reyesterinin aparılması.
- Müqavilələrin elektron qeydiyyatını və arxivini təşkil etmək;
- Müqavilələr üzrə texniki işlər, kargüzarlığın aparılması;
- Müqavilələrin elektron reyestr sistemini mütəmadi olaraq yoxlamaq və yeniləmək.
Требования
- 6 günlük iş həftəsi;
- Yaş: 25-40;
- Ali təhsil - Hüquq, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr, İqtisadiyyat sahələrdən birində;
- MS Office bilikləri (Word, Excel, Outlook, Powerpoint);
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
- Əmək haqqı razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən qarşılanır.
Офис-менеджмент
Инжиниринг