Bakı,
Azərbaycan
04.10.24
-
04.11.24
İş haqqında məlumat
- COP29 ilə bağlı suallara, o cümlədən qonaqlama yerləri (mehmanxana), nəqliyyat və digər xidmətlərlə əlaqədar olan suallara cavab vermək və ziyarətçilərə məlumatları təqdim etmək;
- COP29 və onunla əlaqəli mövzularla bağlı dəqiq və təsdiqlənmiş məlumatlar təqdim etmək üçün Tez-tez Verilən Suallar (FAQ) sənədi ilə tanış olmaq və ondan istifadə etmək;
- Ziyarətçi təcrübəsini təkmilləşdirmək üçün fərdi tövsiyələr vermək;
- Şəhərdə keçirilən tədbirlər, mədəni fəaliyyətlər və turistik yerlər haqqında dəqiq və yenilənmiş məlumatların mövcudluğunu təmin etmək;
- Ziyarətçilərə məlumat mənbələri, broşür, xəritə və məlumat kitabçası paylamaq;
- Hər bir ziyarətçinin özünü hörmətli və dəyərli hiss etməsini təmin etmək üçün mükəmməl müştəri xidməti göstərmək;
- Ziyarətçilərin tələblərini vaxtında və səmərəli şəkildə qarşılamaq və hər hansı yaranan problemləri həll etmək;
- Məlumat mərkəzinin resurslarını təşkil etmək və onların daim əlçatan və yenilənmiş olmasını təmin etmək;
- Materialların istifadəsini izləmək və ehtiyac olduqda təchizatları təmin etmək;
- Ziyarətçilərdən rəy toplamaq və xidmətlərin yaxşılaşdırılmasına kömək etmək üçün təkrarlanan sorğu və narazılıqlar barədə hesabat vermək.
Tələblər
- Tez öyrənmək və yeni məlumatlara uyğunlaşmaq bacarığı;
- Bakının mədəni və tarixi yerləri, eləcə də logistika, yaşayış, nəqliyyat və digər xidmətlər haqqında ətraflı məlumata sahib olmaq;
- Əla ünsiyyət bacarıqları;
- Azərbaycan və İngilis dillərində mükəmməl danışıq və yazı bacarıqları;
- Müstəqil və komanda daxilində işləmək bacarığı;
- Müştəri xidmətləri və ya ziyarətçi dəstəyi sahəsində iş təcrübəsi;
- Böyük miqyaslı tədbirlərdə iş təcrübəsi;
- Gərgin vəziyyətləri sakit və düzgün şəkildə idarə etmək bacarığı.
İnzibati, Biznes, İdarəetmə
Dövlət layihəsi