PRO CON izo MMC

Layihələrin idarə edilməsi üzrə mütəxəssis

Ə/h razılaşma ilə 102
Tam iş günü
Bakı, Azərbaycan
10.06.24 - 10.07.24

İş haqqında məlumat

  • Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;
  • Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri ilə olan münasibətlərin tənzimlənməsi;
  • Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal – materialların müəyyən edilməsi;
  • Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;
  • Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;
  • Sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi;
  • Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi;
  • Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi;
  • Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi;
  • Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 09:00 – 18:00 (Şənbə günü 09:00 – 13:00).

Tələblər

  • Təhsil: İnşaat Mühəndisliyi ixtisası üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: Microsoft Office, Auto Cad və s. proqramlarında işləmək bacarığı;
  • Punktuallıq və məsuliyyət;
  • İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı;
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı;
  • Ezamiyyətlərə getməyə hazır olmalı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar