Bakı,
Azərbaycan
17.12.24
-
17.01.25
İş haqqında məlumat
- Layihələr ilə əlaqədar hüquqi və rəsmi sənədlərin uyğun formada qəbulu, saxlanılması, yenilənməsi və paylaşılmasını təşkil etmək;
- Layihə daxilində müəyyən edilmiş sənəd formatlarına və sənədlərin mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
- Şirkətdən çıxan sənədlərin göndərilməsini təşkil etmək və onların qeydiyyatını aparmaq;
- Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi və müvafiq məlumat bazalarında düzgün formatda saxlanılmasını təşkil etmək;
- Sənədlərin nömrələnməsi və identifikasiyası – texniki sənədlər müvafiq kodlaşdırılma sistemi ilə uyğun nömrələmək;
- Sənəd mübadiləsinin layihə daxili sənədlərə nəzarət proseduruna uyğun aparmaq;
- Vaxtı keçmiş sənədlər haqqında komanda üzvlərini məlumatlandırmaq;
- Tanışlıq/Təhvil-Təslim iclaslarını təşkil etmək və həmin iclaslarda iştirak edib qeydləri aparmaq;
- Podratçı və icraçı şirkətlərlə sənədləşmə işlərinin koordinasiyasını, onların lazımi sənəd və sənəd nümunələri ilə təmin edilməsini təşkil etmək;
- Texniki sənədlərə nəzarətə dair icraçı şirkətlərə təlimlərin keçirilməsini təşkil etmək;
- Təsdiq olunmuş müqavilələrin uyğunluğunun yoxlanılması və qeydiyyata salınması;
- Layihənin təhvil-təslim zamanı sənədləşdirmənin düzgün aparılmasını təşkil etmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlə;
- İş yeri: Bakı şəhəri;
- İş vaxtı : 1 - 5 ci günlər 09:00 dan - 18:00- a dək.
Tələblər
- Ali təhsil;
- Sənədlərə nəzarət üzrə ən azı 3 il iş təcrübəsi (mülki-sənaye tikinti sahəsində iş təcrübəsi arzuolunandır)
- Dil bilikləri: Azərbaycan dili ( İngilis dili və rus dili biliyi arzuolunandır)
- Kompüter bacarıqları: MS Office
- Yüksək səviyyədə işgüzar yazışma bacarığı;
- Komandada işləmək və ünsiyyət bacarığı;
- CV-lərinizi “Sənəd Dövriyyəsi üzrə mütəxəssis” başlığı altında mailinə göndərməyiniz xahiş olunur.
İnzibati, Biznes, İdarəetmə
Tikinti və təmir