Azerconnect LLC

Layihə üzrə aparıcı menecer

Ə/h razılaşma ilə 142
Tam iş günü
Bakı, Azərbaycan
23.01.24 - 22.02.24

İş haqqında məlumat

  • PMO əsasnaməsinin (vəzifə və öhdəliklər) icrası üçün məsuliyyət daşımaq;
  • İllik texniki layihələr, proqramların yol xəritəsinin hazırlanması ilə bağlı şöbə müdirinə dəstək göstərmək;
  • Layihələrdən asılı olaraq düzgün layihə idarəetmə metodologiyasını seçmək (“şəlalə”, “çevik”, “scrum” metodologiyası), o cümlədən layihə idarəetmə standartlarına uyğun olaraq müvafiq layihə sənədlərinin hazırlamaq;
  • Layihəni biznes keys, planlama, icra və yekunlaşdırılması daxil, başlanğıcdan sona qədər tam idarə etmək;
  • Riskləri təqib etmək (riskləri planlaşdırmaq, qiymətləndirmək, nəzarət  etmək və azaltmaq);
  • Layihələrə müvafiq və vaxtında resurs ayrılmasını və maraqlı tərəflərin daha ciddi idarə olunmasını təmin etmək üçün məsuliyyət daşımaq;
  • Təyin edilmiş maraqlı tərəflər ilə həyata keçirilən layihə mərhələlərinin icrasına nəzarət (Biznes keys ilə əlaqəli, lakin bununla məhdudlaşmayan tapşırıqların təqibi, Layihə Nizamnamələri, Tender paketi, Tender ASR, PR / PO / Müqavilə, resurs ayrılması, Ödənişlər, Qəbul aktları və s.);
  • Layihə iclasları üçün tam məsuliyyət (Təqdimatlar və status yeniləmələri hazırlanması, gündəmlərin göndərilməsi, sənədləşdirilmə, qeydlərin göndərilməsi və izləmə vasitələrindən istifadə edərək müvafiq statusu yeniləyin);
  • Rəhbərliyə müvafiq hesabatları hazırlamaq;
  • Layihə icrasını izləmək;
  • Texniki təşəbbüslərin  yetirilməsindən məsuliyyət daşımaq;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/ yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur, siyasət, təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Telekommunikasiya sahəsində 3-5 illik Layihə idarəetmə təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərini sərbəst bilmək, rus dilini bilmək üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office-in qabaqcıl istifadəçisi olmaq (xüsusilə MS Project və MS Excel və MS Visio və MS Power Point), trello (və ya digər oxşar proqramları);
  • Layihə idarəetmə təcrübəsi (PMP və ya Prince 2 sertifikatı üstünlükdür);
  • Telekom sənayesi üzrə anlayışın olması;
  • Maliyyə, satınalma, logistika, hüquqi prinsipləri üzrə anlayışın olması;
  • Yüksək dərəcədə tərtibli;
  • Təzyiq altında işləməyə və işləri son təhvil vermə tarixinə çatdırmağı bacarmaq;
  • Yüksək dərəcədə çeviklik və təşəbbüslə işləməyi bacarmaq;
  • Tapşırıqları təhlil etmək və öncəlik tanımağı bacarmaq;
  • Liderlik xüsusiyyətləri;
  • Komanda üzvü.
  • Vakansiya ilə maraqlanan şəxslər https://fa-emfh-saasfaprod1.fa.ocs.oraclecloud.com/hcmUI/CandidateExperience/en/sites/CX_1007/job/843/?utm_medium=jobshare linkinə keçid edərək müraciət edə bilər.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar