Bakı,
Azərbaycan
27.08.24
-
26.09.24
İş haqqında məlumat
- Mühafizənin təşkilini aparabilmə qabiliyyəti və bacarığı olmalı;
- Təsdiq olunmuş plan əsasında lahiyələrdə mühafizə xidmətinin təşkilini yoxlamaq və aşkar olunmuş nöqsanlarla bağlı tədbirlər görmək;
- Layihələrin idarə olunması məqsədilə müvafiq görüşlər keçirmək;
- Layihələrdə riskləri müəyyən edərək, aradan qaldırmaq;
- Xidməti keyfiyyətin artırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Layihələrin effektiv idarə olunması üçün müvafiq planlar hazırlamaq və onların icra edilməsi istiqamətində zəruri tədbirlər görmək;
- Funksional fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aidiyyəti struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq;
- Xidmət rəislərinin fəaliyyətinə nəzarət etmək, onlara xidmətin təşkili üzrə istiqamət vermək və əməli köməklik göstərmək;
- Zəruri hallarda fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə rəhbərliyə müvafiq təkliflər vermək;
- Kurasiyasında olan layihələrin xidmət rəisləri, xidmət rəislərinin müavinləri və növbə rəislərinin şəxsi və işgüzar keyfiyyətlərini mütəmadi öyrənmək və onlarla bağlı təkliflər vermək;
- Kurasiyasında olan layihələrdəki əməliyyat şəraitini öyrənmək;
- Kurasiyasında olan layihələrdə ay ərzində bir dəfədən az olmayaraq xidmətin təşkili vəziyyətini təhlil edərək, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər görmək.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi 2 ildən yuxarı;
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti, rus və ingilis dili yaxşı səviyyədə bilməli;
- Operativ, məsuliyyətli və işə planlı yanaşmaq;
- Kompüter və ofis proqramlarından istifadə etmə bacarığı;
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı.
İnzibati, Biznes, İdarəetmə
Peşəkar xidmətlər
Elanın müddəti bitmişdir