BOS SHELF LLC

Kran operatoru

Ə/h razılaşma ilə 62
Tam iş günü
Bakı, Azərbaycan
30.10.24 - 30.11.24

İş haqqında məlumat

  • Operator xüsusilə cavabdehdir: kranın yük cədvəli ilə tanış olmalı, istənilən bir problem, məsələn aparatın ümumi baxış və ya təmirə ehtiyacı olması barədə sahibkarı məlumatlandırmalı;
  • Sahədə kranla bağlı aparılan bütün yoxlanış, təmir və ya digər işlərin nəticələrini qeydiyyat jurnalında qeyd etməli və ya məruzə etməlidir;
  • Kran, qaldırıcı kəndir və ya yük ilə elektrik xətti arasındakı məsafə qanunvericilik ilə nəzərdə tutulduğundan çox olarsa, operator işi dayandırmalıdır;
  • Həyata keçirilməsi nəzərdə tutulan əməliyyat və müvafiq  tələblər barədə ərazi nəzarətçisi ilə müzakirə aparmalıdır;
  • Yük cədvəlini yoxlayaraq, kranın hər bir qaldırma əməliyyatı üçün kifayət qədər qaldırma gücünə malik olmasını təmin etməlidir;
  • Yük cədvəlinə müvafiq olaraq istehsalçının əməliyyata dair göstərişlərinə əməl etməlidir.
  • İşarəverən ilə əlaqə saxlamalıdır;
  • Əməliyyat zamanı köməkçinin təhlükəsiz yerdə olmasını təmin etməlidir;
  • Səliqəli, nəzarət altında və təhlükəsiz işləməlidir.

Tələblər

  • Müvafiq sertifikatlar;
  • Tırtırlı kranlarda  minimum 3 il iş təcrübəsi.