SOCAR DOWNSTREAM MANAGEMENT LLC

İsitmə soyutma və ventilyasiya( HVAC) sistemləri üzrə aparıcı mühəndis

Ə/h razılaşma ilə 107
Tam iş günü
Bakı, Azərbaycan
25.10.24 - 25.11.24

İş haqqında məlumat

  • Yarımstansiyalar üzrə (İnzibati, Operator binaları və s. daxil) Neft Emalı zavodunda (HAOR) isitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektron və avtomatlaşdırılmış hissələrində müayinə və yoxlamaların həyata keçirilməsi, texniki xidmət, təmir-bərpa, yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy verilməsi;
  • Quraşdırma, sazlama, sınaq və istismara buraxılması işlərinə nəzarət;
  • Avadanlıqların soyutma-isitmə güclərinin, hava miqdarının və digər texniki parametrlərinin düzgün yoxlanılması;
  • Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsinə nəzarət və dəstəyin göstərilməsi;
  • Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
  • Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq planın hazırlanmasında iştirak etmək və plana uyğun nəzarət işləri aparmaq;
  • Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
  • Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək.

Tələblər

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Ali təhsil - Mexanika mühəndisliyi;
  • Müvafiq sahə üzrə sertifikatlar üstünlükdür.


Oxşar vakansiyalar