Bakı,
Azərbaycan
19.05.23
-
18.06.23
İş haqqında məlumat
- Tələb olunan müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
- Təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin yazılması;
- Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericlik əsasında digər zəruri sənədlərinin hazırlanması;
- Əmək qanunvericliyinə əsasən zəruri sənədlərin hazırlanması;
- Müəssisədaxili fəaliyyəti tənzimləyən normativ sənədlərə düzəliş və əlavələr edilməsi barədə təkliflərin hazırlanması;
- Müdafiə və ya ittiham xarakterli məhkəmə işlərinin məqsədəuyğunluğunu müəyyən etmək üçün hüquqi sənədləri nəzərdən keçirilməsi və hüquqi rəyin hazırlanması;
- İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin yazılması;
- Məhkəmələrdə və ya dövlət orqanları qarşısında cəmiyyətin təmsil edilməsi, cəmiyyətin və ya cəmiyyətin əməkdaşlıq etdiyi şəxslərin icrası bitmiş məhkəmə işlərinin hesabatlarının hazırlanması;
- Rəhbərliyin hüquqi işlərlə əlaqəli vermiş olduğu təlimatlarının yerinə yetirilməsi.
Tələblər
- Təhsil: Ali (hüquq fakültəsi üzrə bakalavr dərəcəsi);
- Təcrübə: Hüquq sahəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Kompüter bacarıqları: MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Word yüksək səviyyədə bilməli;
- Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst və səlist danışıq və yazı yazmaq bacarığı (ingilis dili üstünlükdür);
- Azərbaycan Respublikası Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək Məcələləri üzrə yüksək səviyyədə bilməli;
- Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
- Detallara yüksək diqqət;
- Ünsiyyətcil olmalı;
- Komanda ruhlu olmalı;
- Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
- Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
- Problemləri həll etmə bacarığı olmalıdır.
Hüquqşünaslıq
Peşəkar xidmətlər