PMD Hospitality

Hüquqşünas

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
02.04.24 - 02.05.24

İş haqqında məlumat

  • Şirkətin aiddiyyəti şöbələrinə və törəmə müəssisələrinin sorğularına qanunvercilik barədə peşəkar şifahi və yazılı hüquqi məsləhət vermək;
  • Hüquqi sənədlərin hazırlanmasında baş hüquqşünasa köməklik etmək;
  • Hüquq şöbəsi tərəfindən hazırlanmış hüquqi sənədləri sistemləşdirmək,  onların kağız daşıyıcısında və elektron daşıyıcıda arxivləşdirilməsini təmin etmək və nəzarət etmək;
  • Şirkətin və törəmə müəssisələrin hüquqi fəaliyyət üzrə metodik və normativ materiallarIN hazırlanmasında baş hüquqşünasa köməklik etmək.
  • Şirkətin və törəmə müəssisələri adından digər təşkilatlara və dövlət orqanlarına göndərilən məktubların tərtib olunması, onların göndərilməsini təmin və nəzarət etmək və bu barədə baş hüquqşünasa məruzə etmək;
  • İnzibati, mülki, cinayət və digər məhkəmə işləri üzrə hüquqi sənədlərinin hazırlanmasında baş hüquqşünasa köməklik etmək, lazım olduqda həmin sənədlərin hazırlanmasında birbaşa iştirak etmək, şirkətin və törəmə müəssisələrin məhkəmə işlərinin elektron izlənilməsini təmin etmək;
  • Şirkətin və şirkətin törəmə müəssisələrinin nizamnamələrində baş vermiş dəyişiklik layihələrinin hazırlanmasında baş hüquqşünasa köməklik etmək və lazım olduqda həmin sənədlərin hazırlanmasında birbaşa iştirak etmək;
  • Müxtəlif daxili və xarici müqavilələrin, aktların, əlavələrin, razılaşmaların və sair mülki-hüquq sənədlərin hazırlanmasında baş hüquqşünasa köməklik etmək və lazım olduqda həmin sənədlərin hazırlanmasında birbaşa iştirak etmək;
  • Hüquqi sənədlərin ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
  • Peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində görülən tədbirlərdə iştirak etmək;
  • Baş hüquqşünasın hüquqi xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək;
  • Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
  • PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
  • PMD Hospitality MMC-nin tabeliyində olan müxtəlif  müəssisələrdə karyera davamı imkanı;                    
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları.

Tələblər

  • Hüquq sahəsində ali təhsil;
  • Azərbaycan və ingilis dillərini əla bilmək (Rus dili arzuolunandır);
  • Xarici müqavilələrlə işləmək bacarığı;
  • Korporativ hüquq və məhkəmə sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
  • AR Mülki, Mülki-prosessual, Əmək, Cinayət, İnzibati xəta, Vergi Məcəllələrin,Gömrük Qanunvericiliyi üzrə peşəkar bilikləri, AR inzibati və inzibati prosessual qanunvericiliyi, və normativ-hüquqi aktlarını bilməsi;
  • Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • E-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək yüksək bacarığı; 
  • Məsuliyyət, dəqiqlik, təşəbbüslü, düzgünlük, məntiqi təhlil etmək və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Normayaratma fəaliyyət sahəsində təcrübəsi olan şəxslərə üstünlük verilir;
  • Hüquq mövzusu üzrə müxtəlif təlimlərdə iştirak edənlərə üstünlük verilir.


Oxşar vakansiyalar