BERC Group

Kiçik hüquqşünas

По соглашению
Полн. занятость
Баку, Азербайджан
19.05.23 - 18.06.23

O работе

  • Tələb olunan müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
  • Təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin yazılması;
  • Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericlik əsasında digər zəruri sənədlərinin hazırlanması;
  • Əmək qanunvericliyinə əsasən zəruri sənədlərin hazırlanması;
  • Müəssisədaxili fəaliyyəti tənzimləyən normativ sənədlərə düzəliş və əlavələr edilməsi barədə təkliflərin hazırlanması;
  • Müdafiə və ya ittiham xarakterli məhkəmə işlərinin məqsədəuyğunluğunu müəyyən etmək üçün hüquqi sənədləri nəzərdən keçirilməsi və hüquqi rəyin hazırlanması;
  • İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin yazılması;
  • Məhkəmələrdə və ya dövlət orqanları qarşısında cəmiyyətin təmsil edilməsi, cəmiyyətin və ya cəmiyyətin əməkdaşlıq etdiyi şəxslərin icrası bitmiş məhkəmə işlərinin hesabatlarının hazırlanması;
  • Rəhbərliyin hüquqi işlərlə əlaqəli vermiş olduğu təlimatlarının yerinə yetirilməsi.

Требования

  • Təhsil: Ali (hüquq fakültəsi üzrə bakalavr dərəcəsi);
  • Təcrübə: Hüquq sahəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Kompüter bacarıqları: MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Word yüksək səviyyədə bilməli;
  • Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst və səlist danışıq və yazı yazmaq bacarığı (ingilis dili üstünlükdür);
  • Azərbaycan Respublikası Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək Məcələləri üzrə yüksək səviyyədə bilməli;
  • Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
  • Detallara yüksək diqqət;
  • Ünsiyyətcil olmalı;
  • Komanda ruhlu olmalı;
  • Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
  • Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
  • Problemləri həll etmə bacarığı olmalıdır.


Срок действия задания истек

Похожие вакансии