Almond Cake and Bakery

İstehsal rəhbəri

1500 - 2000 ₼
Tam iş günü
Bakı, Azərbaycan
27.03.24 - 26.04.24

İş haqqında məlumat

  • Şirniyyat istehsalı proseslərinin planlaşdırılması və idarə edilməsi;
  • İstehsal planının yerinə yetirilməsinin həyata keçirilməsi;
  • İstehsal səmərəliliyini artırmaq üçün yeniliklərin tətbiq edilməsi;
  • İstehsal xəttinin vaxtında və standartlara uyğun işləməsinin təmin edilməsi;
  • İstehsal edilən məhsulların keyfiyyətinə cari və son nəzrətin edilməsi;
  • İstehsalatda istifadə olunan bütün avadanlıqların düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsinin təmin edilməsi;
  • Xammal sifarişlərinin idarə edilməsi və təchizatçılarla əlaqələr;
  • Xammal stok ehtiyatının nəzarətdə saxlanması (aidiyyatı şöbələrlə birlikdə);
  • Sifarişlərin vaxtında və düzgün yerinə yetirilməsinin təmin edilməsi;
  • İşçi heyətinə rəhbərlik edilməsi və onların peşəkar inkişafının dəstəklənməsi;
  • Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
  • Təhlükəsizlik qanunlarına və şəxsi gigiyena qaydalarına riayət edilməsinin nəzarət edilməsi;
  • Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabatlarının hazırlanması.

Tələblər

  • Təcrübə: Əlaqəli sahədə ən azı 3 il iş təcrübəsi;
  • İstehsal idarəetməsində yüksək səviyyədə bilik və bacarıq;
  • Əməkdaşların idarə edilməsi üzrə təcrübə;
  • Problemlərin həlli və qərar vericilik qabiliyyəti;
  • Qida təhlükəsizliyi və gigiyenası ilə bağlı biliklər;
  • Komanda əməyi və müştəri məmnuniyyətinə yönəlmiş iş yanaşması;
  • Müstəqil işləmə qabiliyyəti;
  • Komanda daxilində güclü əməkdaşlıq və rəhbərlik bacarıqları.


Elanın müddəti bitmişdir