Pizza Mizza

Növbə rəhbəri

850 - 1100 ₼ 107
Tam iş günü
Bakı, Azərbaycan
23.07.24 - 22.08.24

İş haqqında məlumat

  • Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək;
  • Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək;
  • Restoranda sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək;
  • Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək;
  • Məhsulların müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək;
  • Əsas vəsaitlərə və az qiymətli istehlak materiallarına nəzarət etmək;
  • Restoranın müvafiq iş rejimi əsasında vaxtında açılmasını və bağlanmasını təmin etmək;
  • Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək;
  • Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarət etmək;
  • Restoranın satış planının icrasını təmin etmək;
  • Müştəri məmnuniyyəti üçün çalışmaq;
  • Sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək;
  • SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək;
  • Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək;
  • Restoranın təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq;
  • Filialın texniki və təmirat ehtiyaclarını idarə etmək;
  • Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı;
  • Nahar şirkət tərəfindən təqdim edilir;
  • Müxtəlif qrafiklə iş;
  • Müxtəlif filiallarda iş;
  • Əlavə iş saatı ödənilməsi;
  • İş qrafiki: 6 günlük.

Tələblər

  • Təcrübə: Müvafiq sahədə (supervayzer, menecer, novbe meneceri kimi) 1 il təcrübə;
  • Dil bilikləri: Mütləq səlis Azərbaycan dili, İngilis və ya Rus dili arzuolunandır;
  • Yaş: 20-35;
  • Komandada işləmək bacarığı;
  • Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli;
  • Güclü liderlik və idarəetmə bacarıqları;
  • Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlara malik olmalı;
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti olmalı;
  • İdarəetmə və problem həll etmə bacarığı olmalı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar