Bakı,
Azərbaycan
26.07.24
-
25.08.24
İş haqqında məlumat
- Layihə planlaşdırılması;
- Layihənin icra mərhələlərini, fəaliyyət planını və vaxt cədvəlini (Gant chart) hazırlamaq;
- Resursların (maliyyə, insan, materiallar) təyini və paylanmasını həyata keçirmək;
- Gecikmə risklərinin idarə olunması üçün alternativ həllərin təklif edilməsi;
- Koordinasiya:
- Layihənin bütün iştirakçıları (mühəndislər, memarlar, podratçılar, işçilər və s.) arasında əlaqələndirmə işlərini aparmaq.
- Layihənin vaxtında və büdcə daxilində tamamlanması üçün müvafiq hesabatları təqdim etmək.
- İşlərin plan üzrə getməsini və kritik məqamlarda təhvil təslimlərin edilməsini koordinasiya etmək.
- Kommunikasiya:
- Layihə ilə əlaqədar iclaslar təşkil etmək və əlaqədar şəxslərə icrası gözlənən işlərin və layihənin ümumi statusu barədə məlumat vermək.
- Proqres və yekun nəticələr barədə müntəzəm hesabatlar təqdim etmək.
- Sənədləşmə və Hesabatlılıq:
- İnşaat işlərinin irəliləməsini izləmək və hesabatlar hazırlamaq.
- Layihə ilə əlaqədar sənədləri (planlar, müqavilələr, icra aktları və s.) arxivləmək
- Layihə prosesinin və nəticələrinin raporlanmasını həyata keçirmək.
Tələblər
- Təcrübə: Cari vəzifədə minimum 3-5 il;
- Dil bilikləri: İngilis dili (yaxşı), rus dili (üstünlükdür);
- Proqram bilikləri: Microsoft Project və ya Primavera P6 əla səviyyədə;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti.
İnzibati, Biznes, İdarəetmə
Qida
Elanın müddəti bitmişdir