SOCAR

Geologiya üzrə sahə rəisinin müavini

1799 ₼ 157
Tam iş günü
Bakı, Azərbaycan
29.01.24 - 28.02.24

İş haqqında məlumat

  • Yataqların işlənməsinin layihələndirilməsi, quyuların təmirinin cari və perspektiv planlarının, quyuların təmirinə sifarişlərin tərtib olunması üçün materiallar hazırlanmasına rəhbərlik etmək; 
  • Neft və qaz yataqlarının işlənmə vəziyyətinə nəzarət etmək, yataqların işlənməsinin dövrü təhlilinin aparılmasına rəhbərlik etmək;
  • Neft və qaz hasilatı, laya işçi agentin vurulması, quyuların qazılması, geofiziki və hidrodinamiki tədqiqatlar üzrə daxil olan məlumatlar əsasında ilkin sənədləşmənin aparılmasına nəzarət etmək;
  • Tədqiqat işlərinin yerinə yetirilmə keyfiyyəti və həcminə, əsaslı təmirə, neft, qaz və vurucu quyularda texnoloji iş rejiminə operativ nəzarəti həyata keçirmək;
  • Yeraltı sərvətlərin işlənməsində dağ süxurlarının çıxarılması sənədlərini, geoloji hesabatları, quyuların mədən və geofiziki tədqiqat, kimyəvi təhlil üçün maye nümunələrinin götürülməsi planlarının (qrafiklərinin) tərtib edilməsinə nəzarət etmək;
  • Quyu fondunun aylıq təhlilinin aparılmasına rəhbərlik etmək;
  • Məhsuldar və vurucu quyuların texnoloji iş rejimlərinin, neft və qaz ehtiyatlarının tam çıxarılması üzrə tədbirlərin işlənməsinə rəhbərlik etmək;
  • Yataqların işlənməsinin, onların kəşfiyyatının təkmilləşdirilməsi üzrə təkliflər işləmək;
  • Quyuların qazılmasına geoloji-texniki naryadın geoloji hissəsi üçün ilkin məlumatların hazırlanmasına rəhbərlik etmək;
  • Texniki istismar qaydalarına və təyin edilmiş texnoloji rejimlərə ciddi riayət etməklə quyuların və başqa istehsalat obyektlərinin istismarını təmin etmək.

Tələblər



Elanın müddəti bitmişdir