Bakı,
Azərbaycan
30.08.24
-
29.09.24
İş haqqında məlumat
- Ətraf mühit üzrə plan və prosedurların hazırlanması;
- Sahələrdə ekoloji yoxlamalar və audit keçirmək;
- Ətraf Mühit Planları və Prosedurlarının tam həyata keçirilməsindən əmin olmaq;
- Yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğunluğu təmin etmək;
- Ekoloji risklərin müəyyən edilməsi və aradan qaldırılması üçün tədbirlər planının hazırlanması və yoxlanılması;
- Ətraf mühitə mənfi təsir göstərə biləcək bütün mümkün qəzaların aradan qaldırılmasını koordinasiya və idarə etmək;
- Resursların düzgün və səmərəli idarə edilməsindən əmin olmaq;
- Ətraf mühitlə bağlı araşdırmaların aparılması və hesabatların hazırlanması;
- Tullantıların düzgün və effektiv idarə edilməsi və tullantıların minimuma endirilməsi strategiyasının effektiv tətbiqindən əmin olmaq;
- Çirkab Suların Təmizlənməsi Qurğusunda təmizlənmiş suyun limitlər daxilində olmasından əmin olmaq;
- Neft dağılmalarının aradan qaldırılması üçün avadanlığın işlək vəziyyətdə olmasından və effektivliyindən əmin olmaq;
- Atmosfer havasına təsirlərin minimuma endirilməsindən əmin olmaq;
- Çənlərdən neft şlamının çıxarılması, ölçülməsi, müvəqqəti saxlanılması, aidiyyəti üzrə daşınmasına və ətraf mühitin çirklənməsinin qarşısının alınmasına nəzarət edilməsi;
- Ətraf mühitlə bağlı görülən işlər barədə mütəmadi olaraq rəhbərliyə hesabat vermək;
- Ekoloji uyğunsuzluqların aradan qaldırılmasından əmin olmaq;
- Dövlət orqanlarına ödəniş hesabatlarının və illik statistik hesabatların düzgün hazırlanmasından əmin olmaq;
- Ekoloji tədbirlər planının yoxlanılması və təkliflərin verilməsi;
- Rəhbərliyin tapşırıqlarının vaxtlı vaxtında yerinə yetirilməsi;
- Suların səmərəli və effektiv idarə edilməsindən əmin olmaq.
Tələblər
- Ətraf mühit mühəndisliyi və ya ətraf mühitin idarə edilməsi üzrə bakalavr dərəcəsi, müvafiq sahə üzrə magistr dərəcəsinə üstünlük verilir;
- Müvafiq sahə üzrə təlimlər və sertifikatlar;
- ISO 14001:2015 - Ətraf Mühitin İdarəetmə Sistemləri üzrə auditor sertifikatı olması arzuolunandır;
- İngilis dili biliyi arzu olunandır;
- Ətraf mühitə təsirlərin azaldılması üsullarının tətbiqi ilə bağlı praktik təcrübə;
- Podratçıların idarə olunması və tikinti heyəti ilə iş təcrübəsi;
- Tullantıların idarə olunması üsulları və sisteminə dair praktik təcrübə;
- Ünsiyyət qabiliyyəti, işçilərə əsas peşəkar məlumatı aydın çatdıra bilmə və fikrini sərbəst ifadə edə bilmə bacarığı.
- Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/etraf-muhit-uzre-muhendis linkinə keçid edərək müraciət edə bilər.
Mühəndislik
Neft və qaz
Elanın müddəti bitmişdir