Баку,
Азербайджан
29.01.24
-
28.02.24
O работе
- Yataqların işlənməsinin layihələndirilməsi, quyuların təmirinin cari və perspektiv planlarının, quyuların təmirinə sifarişlərin tərtib olunması üçün materiallar hazırlanmasına rəhbərlik etmək;
- Neft və qaz yataqlarının işlənmə vəziyyətinə nəzarət etmək, yataqların işlənməsinin dövrü təhlilinin aparılmasına rəhbərlik etmək;
- Neft və qaz hasilatı, laya işçi agentin vurulması, quyuların qazılması, geofiziki və hidrodinamiki tədqiqatlar üzrə daxil olan məlumatlar əsasında ilkin sənədləşmənin aparılmasına nəzarət etmək;
- Tədqiqat işlərinin yerinə yetirilmə keyfiyyəti və həcminə, əsaslı təmirə, neft, qaz və vurucu quyularda texnoloji iş rejiminə operativ nəzarəti həyata keçirmək;
- Yeraltı sərvətlərin işlənməsində dağ süxurlarının çıxarılması sənədlərini, geoloji hesabatları, quyuların mədən və geofiziki tədqiqat, kimyəvi təhlil üçün maye nümunələrinin götürülməsi planlarının (qrafiklərinin) tərtib edilməsinə nəzarət etmək;
- Quyu fondunun aylıq təhlilinin aparılmasına rəhbərlik etmək;
- Məhsuldar və vurucu quyuların texnoloji iş rejimlərinin, neft və qaz ehtiyatlarının tam çıxarılması üzrə tədbirlərin işlənməsinə rəhbərlik etmək;
- Yataqların işlənməsinin, onların kəşfiyyatının təkmilləşdirilməsi üzrə təkliflər işləmək;
- Quyuların qazılmasına geoloji-texniki naryadın geoloji hissəsi üçün ilkin məlumatların hazırlanmasına rəhbərlik etmək;
- Texniki istismar qaydalarına və təyin edilmiş texnoloji rejimlərə ciddi riayət etməklə quyuların və başqa istehsalat obyektlərinin istismarını təmin etmək.
Требования
- Təhsil: Ali bakalavr;
- Təcrübə: Müvafiq sahə üzrə 3 il;
- İşi təqib etmə;
- Məsuliyyət;
- Nizam-intizam;
- Quyuların qazılması və istismarı üsullarını;
- Layların neftveriminin artırılması prinsip və metodlarını;
- Quyuların qazılması, cari və əsaslı təmirin texnologiyasının əsaslarını;
- Qrafiki, geoloji sənədləşmənin qurulması və karotaj materialının emalının prinsip və metodlarını;
- Neft və qazçıxarma üzrə istehsal prosesinin texnologiyasını;
- Neft-mədən avadanlıqlarını və onların texniki istismar qaydalarını;
- İqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını;
- Neft və qaz sənayesi sahəsində yerli və xarici elmi-texniki nailiyyətləri, qabaqcıl müəssisələrin təcrübələrini;
- İstehsalın operativ uçotunun təşkilini;
- Əməyin mühafizəsi, təhlükəsizlıik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə qayda və normalarını.
- Vakansiya ilə maraqlanan şəxslər https://careers.socar.az/sap/bc/webdynpro/sap/hrrcf_a_posting_apply?PARAM=cG9zdF9pbnN0X2d1aWQ9OEEyQkYxOTkxNjAyMUVERUFGQ0RBNEI1NEFBNzgxNkMmY2FuZF90eXBlPUVYVA%3d%3d&sap-theme=sap_bluecrystal&sap-client=600&sap-language=AZ&SAP-WD-CONFIGID=ZHCM_WDC_ERC_UNREG_DEF# keçid edərək müraciət edə bilər.
Инжиниринг
Нефть и газ
Срок действия задания истек