Azərşəkər LLC

Direktor assistenti

Ə/h razılaşma ilə 7
Tam iş günü
Bakı, Azərbaycan
11.11.24 - 11.12.24

İş haqqında məlumat

  • Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət;
  • Hesabatları, sənədləri və təqdimatları yazmaq, formatlaşdırmaq və redaktə etmək;
  • Məlumatların daxil edilməsi, verilənlər bazalarının saxlanması və qeydlərin aparılması;
  • Daxili şöbələrlə əlaqə saxlamaq, zənglərə cavab vermək və iş səyahətlərini təşkil etmək;
  • İdarə heyətinin adından daxili və xarici yazışmaları idarə etmək;
  • Görüşləri planlaşdırmaq, tədbirlər təqvimini nəzarətdə saxlamaq və xatırlatmalar göndərmək;
  • Sənədlərin surətinin çıxarılması, skan edilməsi və fakslanması, həmçinin qeydlərin aparılması;
  • Tələb olunarsa, planlaşdırılan tədbirlər üçün iclas zalını rezervasiya etmək;
  • Ofis ləvazimatlarının sifarişi və dəyişdirilməsi, həmçinin poçt və kuryer xidmətlərinin idarə edilməsi;
  • Ən yaxşı biznes iş təcrübəsinə və etiket qaydalarına riayət etmək;
  • İş yeri: Zərifə Əliyeva pr. 93 BEGOC Plaza;
  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək.

Tələblər

  • Təhsil: ali ixtisas təhsili (Katiblik, ofis idarəçiliyi və ya əlaqəli təlimlərdə sertifikat arzuolunandır);
  • Təcrübə: Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Kompüter biliyi: MS Word, Excel və PowerPoint kimi ofis proqramlarından istifadə etmək bacarığı;
  • Daxili və xarici yazışmaları idarə etmək bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Əla yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları;
  • Dil biliyi: Azərbaycan və Rus dili əla (İngilis dil bilikləri arzuolunandır).

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar