SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə 59
Tam iş günü
Bakı, Azərbaycan
13.09.24 - 13.10.24

İş haqqında məlumat

  • Zavodun bütün sahələrində nəzarət ölçü cihazları və avtomatika avadanlıqlarının saz, dəqiq və fasiləsiz işini təmin edir, cihazları cari təmir edir və texniki xidmət (TX 0-5) göstərir;
  • Xüsusi mürəkkəb NÖC avadanlıqlarının cari təmiri, yığılması, yoxlanması və tənzimlənməsi işlərini yerinə yetirir;
  • Çox dəqiq və nümunəvi cihazlarla təmirdən çıxan cihazların yoxlanması üçün sxemləri yığır, cihazları sazlayır, kompleks sınaqdan keçirərək işə buraxır;
  • Texnoloji qurğularda yuksək təzyiq və temperatur altında işləyən NÖC və A vasitələrinin quraşdırılması, sökülməsi və işə buraxılması işlərinin yerinə yetirir;
  • Cihazların və avtomatika vasitələrinin vaxtaşırı yoxlanılması işlərinin yerinə yetirilməsinə nəzarət edir;
  • Qurğularının idarəetmə pultlarına xidmət edir;
  • Avtomatik keyfiyyət və tərkib tənzimləyicilərini prosesə qoşur və sazlayır;
  • Pnevmatik, pirometrik və elektron cihazlarda məntiq idarəetmə, siqnalizasiya, elektron sxemləri təmir edir və sazlayır;
  • Tənzimləmə sistemlərini işə buraxır, prosesə uyğun sazlayır;
  • Aqreqat-unifikasiya sistemli cihazların təmiri, yoxlanması və sazlanması işlərinin aparılmasını təmin edir;
  • Texnoloji qurğuların və aparatların işə buraxılmasında iştirak edir;
  • Xidmət etdiyi sahələrdə NÖCA vasitələrini standartlara və texniki qaydalara uyğun istismarını təmin edir;
  • NÖC və A vasitələrinin vaxtaşırı yoxlama cədvəlinə əsasən dövlət yoxlamasından keçirilməsi üçün hazırlıq işlərində bilavasitə iştirak edir.

Tələblər

  • Tam orta təhsil;
  • Müvafiq və ya oxşar peşələr üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
  • Məsuliyyətli, çevik.