Azerconnect LLC

Biznes proseslərinin idarə olunması üzrə aparıcı mütəxəssis

Ə/h razılaşma ilə 94
Tam iş günü
Bakı, Azərbaycan
18.01.24 - 17.02.24

İş haqqında məlumat

  • Mövzu eksperti olaraq xidmət göstərmək, ən yaxşı təcrübələri tədqiq etmək və müqayisə etmək, innovativ yanaşmaları müəyyənləşdirmək, layihə boyunca effektiv əlaqə və uyğunluğu qorumaq, əməliyyat mükəmməlliyinə nail olmaqla əsas əməliyyat, korporativ tənzimləmə və prosedur sənədlərinin hazırlanmasına rəhbərlik etmək;
  • Şirkətin iş prosesləri və siyasətlərinin dizayn edilməsi, inkişaf etdirilməsi və tətbiq edilməsində yardım və dəstəyi təmin etmək;
  • BPM-ə əlaqəli təkmilləşdirmə, rəqəmsallaşdırma və əməliyyat layihələri ilə yardım etmək, proses iş axınlarının düzgün şəkildə layihələndirildiyindən əmin olmaq;
  • Tələb olunan yerlərdə cari iş prosesləri ilə gələcəkdəki proseslər arasında boşluq analizi və qiymətləndirməni təmin etmək;
  • Bütün BPM alətlərinin, proqramların “end-to-end” idarə edilməsi və sənədlərin versiyalarının zəruri fayl serverində və elektron korporativ kitabxanada vaxtında yerləşdirilməsi və yenilənməsinin təminatı;
  • Şirkətin geniş yayılmış proses standartlarını və qəbul edilmiş şablonları yenidən nəzərdən keçirmək və təkmilləşdirmək;
  • BPM-ə əlaqəli audit tələblərinə dəstək vermək, əməliyyat planının tətbiqi ilə iş funksiyalarını təmin etmək;
  • E2E sənədlərin çatdırılmasına nail olmaq üçün BPM Hesabat faylının davamlı nəzarət və yenilənməsi;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi, yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur, siyasət, təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Tələblər

  • Təhsil: İqtisadiyyat və ya əlaqəli sahələrdə ali təhsil (Biznesin idarə olunması üzrə magistr təhsili olanlara üstünlük veriləcək);
  • Təcrübə: Biznes proses modelini hazırlamaq, təkmilləşdirmək və konsaltinq layihələri üçün 2 illik təcrübə;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərini sərbəst bilmək, Rus dilini bilmək üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office-in qabaqcıl istifadəçisi olmaq (xüsusilə MS Project və MS Excel və MS Visio və MS Power Point);
  • Biznes proseslərinin optimallaşdırılması, məsləhət layihələri və əlaqəli sahələrdə bilik və bacarıqlar;
  • Telekommunikasiya sənayesini anlamaq (üstünlük verilir);
  • Yüksək təhlil və təşkilati bacarıqlar;
  • Güclü yazılı və şifahi kommunikasiya bacarıqları;
  • Güclü PowerPoint və digər görsəlləşdirmə, presentasiya alətləri bilikləri;
  • Vaxt idarəetmə bacarıqları;
  • Rəhbərlik və təşkil edici bacarıqlar;
  • Əsas sənaye əməliyyatları sahəsində təcrübəyə sahib olan namizədlərə üstünlük veriləcək.
  • Vakansiya ilə maraqlanan şəxslər https://fa-emfh-saasfaprod1.fa.ocs.oraclecloud.com/hcmUI/CandidateExperience/en/sites/CX_1007/job/786/?utm_medium=jobshare linkinə keçid edərək müraciət edə bilər.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar