Bakı,
Azərbaycan
18.11.24
-
18.12.24
İş haqqında məlumat
- Fasiləsiz beynəlxalq daşıma proseslərini təmin etmək üçün beynəlxalq daşıyıcılar, ekspeditorlar və logistika təminatçıları ilə qarşılıqlı əlaqələrin yaradılması;
- Daşıma prosesinin düzgün işləməsini təmin etmək üçün beynəlxalq tənzimləyici oraqanlar da daxil olmaqla əsas maraqlı tərəflərlə strateji əlaqələrin inkişafı;
- Şəffaflığı, əməliyyat səmərəliliyini artırmaq, marşrutları optimallaşdırmaq və izləmək üçün texnoloji həllərin tətbiqi;
- Tranzit əməliyyatları ilə bağlı lazım olan bütün icazə və rəsmiləşdirmə proseslərini təmin etmək üçün Gömrük Komitəsi və digər aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqənin yaradılması;
- Beynəlxalq marşrutlarda risk qiymətləndirməsinin aparılması və mümkün riskləri minimuma endirmək üçün uyğun strategiyaların tətbiqi;
- RFQ prosesi çərçivəsində rəqabətli tariflər və xidmət müqavilələri əldə etmək üçün logistik xidmət daşıyıcıları və təchizatçıları ilə danışıqların aparılması;
- Sənədlərin hazırlanması, təkliflərin təhlili, maliyyə analizi və etibarlılığa əsaslanan podratçı seçimi daxil olmaqla RFQ prosesinin koordinasiyası;
- İdxal və ixrac fəaliyyətlərini iş ehtiyacları və sifarişçi tələbləri ilə uyğunlaşdırmaq üçün Təchizat, Satış, Hüquq Departamentləri və Sifarişçi tərəflərlə kommunikasiyanın təşkili;
- Çatdırılma proseslərində xərclərin azaldılması strategiyalarının tətbiqi və təchizat zəncirinin səmərəliliyinin artırılması ilə bağlı təkliflərin hazırlanması;
- İdxal-ixrac əməliyyatlarına təsir göstərə biləcək ən son beynəlxalq ticarət qanunlarını, tarifləri və ticarət müqavilələrini izləmək;
- Komanda üzvlərinin biliklərini, beynəlxalq nəqliyyat prosedurlarına və təhlükəsizlik standartlarına uyğunluğunu təmin etmək üçün təlim və nəzarət prosesinə yönləndirilmək;
- Üst rəhbərliyin nəzərdən keçirməsi üçün nəqliyyat fəaliyyəti, xərclər və səmərəlilik göstəriciləri barədə ətraflı hesabatların hazırlanması;
- Mərkəzin Beynəlxalq daşımalarla bağlı imkanlarının genişləndirilməsi üçün üst rəhbərliyə müvafiq səmərəliləşdirici təkliflərin hazırlanması.
Tələblər
- Ali təhsil (nəqliyyat, logistika, və ya biznesin idarə edilməsi sahələri üzrə);
- Nəqliyyat, logistika və ya digər əlaqəli sahələrdə minimum 5 il iş təcrübəsi;
- Normativ aktları, beynəlxalq nəqliyyat qaydaları, gömrük prosedurları və transsərhəd tranzit tələbləri barədə hərtərəfli məlumatlı olmaq;
- Azərbaycan, İngilis və Rus dillərini sərbəst bilməli;
- Beynəlxalq logistika sahəsində istifadə olunan ən son proqram təminatı və nəqliyyat idarəetmə texnologiyaları ilə tanışlıq;
- Ms.Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Beynəlxalq tərəfdaşlar, komanda üzvləri və müxtəlif mədəniyyətlərdən olan maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək üçün mükəmməl ünsiyyət bacarığı;
- Əməliyyat məlumatlarını təhlil etmək, səmərəliliyi artırmaq üçün analitik-strateji düşünmə bacarığı;
- Komanda üzvlərini motivasiya etmək, öyrətmək və əməliyyat məqsədlərinə çatmaq üçün istiqamətləndirəcək liderlik bacarıqları;
- Mükəmməl problem həll etmə və ya beynəlxalq tranzit əməliyyatlarında yarana biləcək gözlənilməz vəziyyətləri və ya böhranları idarə etmək bacarığı;
- Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynəlxalq daşımalar üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur.
Nəqliyyat və logistika
Logistika