Bakı,
Azərbaycan
05.12.24
-
05.01.25
İş haqqında məlumat
Abşeron Logistika Mərkəzi özünəgüvənən, yüksək təqdimat və inandırma bacarığı olan maliyyə, təhlil və məlumatlarla iş sahələrində karyera qurmaq istəyən, universiteti yeni bitirmiş məzunlar, dinamik gənclər üçün Ödənişli Təcrübə Proqramı elan edir.
Bu proqramda iştirak etməklə, Siz logistika sahəsi üzrə yeni bilik və bacarıqlara yiyələnmək şansı əldə edəcəksiniz.
Sizə nə təklif edirik?
- Regionun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
- Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
- Seçiminizə müvafiq olaraq aşağıdakı sahələrdən birində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək;
- Təcrübə proqramının əhatə etdiyi sahələr:
- Daşıma əməliyyatları;
- Sənədlərlə iş;
- Təhlil-analitika;
Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?
Daşıma əməliyyatları üzrə:
- Məlumat bazası ilə işləmək ;
- Yeni sifarişləri proqrama işlənməsində iştirak;
- Nəqliyyat vasitələrinin cərimələrini yoxlanmasında iştirak;
- Maşınların kilometrajını proqramına işlənməsində iştirak;
Sənədlərlə iş üzrə:
- Məlumat bazası ilə işləmək;
- Sənəd dövriyyəsi sahəsində işləmək;
- Sənəd tərtibatının təmini;
- Müştəri məlumatlarının dəqiqləşdirilməsində iştirak;
Təhlil- analitika üzrə:
- Məlumat bazası ilə işləmək;
- Məlumatların təhlili və hesabatların hazırlanmasını öyrənmək;
- Şirkətin maliyyə hesabatlarının təhlilində iştirak;
- Mərkəzdə istifadə edilən ERP proqramları ilə iş – proqramı öyrənmək, məlumatların proqrama daxil edilməsi və təhlillərin aparılmasında iştirak.
Tələblər
- Ali təhsil;
- Azərbaycan və Rus dillərində yüksək səviyyədə bilmək;
- MS Offise proqramlarında (Word, Excel) iş bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarıqları;
- Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
- Yüksək araşdırma və tədqiqat bacarığı;
- Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
- Məntiqi təfəkkür və təhlil bacarığı;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı;
- Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi elektron poçt ünvanına, mövzu hissəsində seçdiyiniz istiqamət üzrə “Təcrübə proqramı – sənədlərlə iş”; “Təcrübə proqramı – təhlil-analitika”; “Təcrübə proqramı – daşıma əməliyyatları” yazmaqla göndərməyiniz xahiş olunur.
Nəqliyyat və logistika
Logistika