ADY Express

Yük və baqaj qəbul təhvilçisi

Ə/h razılaşma ilə 1478
Tam iş günü
Sumqayıt, Azərbaycan
19.12.24 - 19.01.25

İş haqqında məlumat

  • Dəmir yolunda daşınan yüklərin qəbulu, çəkilməsi, yüklənməsi, çeşidlənməsi, yenidən yüklənməsi, boşaldılması, qorunması və verilməsinin təşkil etmək;
  • Kommersiya baxımından dolu və boş vaqon, konteyner, yükgöndərən və yükalanların vasitəsi ilə yükləmə və boşalma altına verilən yüklərin qəbulu və təhvilini həyata keçirmək;
  • Dəmir yoluna məxsus altlıq, daşıma qurğularının yükgöndərən və yükalanlardan qəbulunu, təhvilini və qeydiyyatını aparmaq;
  • Sənədlərin (qəbul-təhvilçinin yaddaş vərəqəsi) tərtib edilməsi və yüklərin qəbulu, yüklənməsi, çeşidlənməsi, yenidən yüklənməsi, boşaltması, dəmir yollarına məxsus yüklərin, vaqon, konteyner, altlıq və çıxarılan daşıma qurğularının verilməsi və örtülməsi haqqında hesabatı aparmaq;
  • Yüklənən və boşalan vaqonların, qəbul və təyinatı üzrə göndərilən vaqonların emal olunması üçün ADY SMART (və ya daxili proqram) proqramı üzərindən işləmək;
  • Kommersiya baxımından boş və dolu vaqonları təhvil vermək və həmçinin onları yükləmə və boşaltmadan sonra qəbul etmək.
  • Kommersiya nasazlığı barəsində Forma QU-23 Ümumi formalı akt tərtib etmək;
  • Qaydalarla nəzərdə tutulmuşdursa yükün kütləsini, yer sayını və onun vəziyyətini yoxlamaqla təhvil vermək; Yükləmə-boşaltma işlərinin aparılması zamanı yükgöndərən və yükalanlar tərəfindən Dəmir Yolu Nizamnaməsinə, Qaydalarına, Texniki şərtlərinə və yük vaqonlarının salamatlığının təmin edilib riayət olunmasına sistematik nəzarət etmək;
  • Ümumi istifadə yollarında yüklənmiş və boşaldılmış vaqonların və yükalanlardan qəbulu (təhvili) vaqonların yükləmə (boşaltma) yerində həyata keçirmək.

Tələblər

  • Təhsil: Ümumi (orta);
  • Rəqəmsal bacarıqlar: MS office (orta səviyyə);
  • Dəmir yolu nəqliyyatı ilə yüklərin daşınması qaydaları;
  • Diqqətlilik, peşəkar ehtiyatlılıq, müstəqil işləmə məlumatların idarə olunması;
  • Sumqayıt şəhərində yaşayanlara üstünlük veriləcək.

Oxşar vakansiyalar