Баку,
Азербайджан
06.02.24
-
07.03.24
O работе
- PMD Hospitality Qrup Satınalma Siyasətinə riayət etmək;
- PMD Hospitality sorğu və tender üsulu ilə satınalma qaydalarına riayət etmək və təkmilləşdirmək;
- Daxili şöbələrlə əlaqədə olmaq və tender üçün işlərin həcmlərinin formalaşdırmasında yardımcı olmaq;
- Tender kateqoriyalarına görə təchizatçı şirkətləri müəyyən etmək;
- Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən təsnifat sənədlərinin təminini təşkil etmək;
- Tender üzrə təchizatçı şirkətlərlərin ərazisinə səfərləri həyata keçirmək;
- Texniki və maliyyə qiymətləndirməsini təşkil edib iştirak etmək;
- Tender protokollarını hazırlamaq;
- Təcili alqı-satqı, kiçik alqı-satqı, təzə və ya tez xarab olan malların alınması və s. ilə bağlı mövcud təlimatlara əməl etmək;
- Satınalma, xidmət və ya iş sifarişlərində göstərilən texniki özəllikləri nəzərə alaraq təchizatçılar, podratçılar və xidmət təminatçıları ilə qrup qiymətlərini müzakirə etmək;
- Təchizatçılar və menecerlər arasında böyük satınalmalar və ya layihələr barədə məlumat toplantılarını təşkil etmək və iştirak etmək;
- Hər müəssisədə funksional tabe olan işçilərin işinə nəzarət etmək, müəyyən edilmiş məqsəd və prosedurlara uyğun fəaliyyət göstərməklərini təmin etmək, həmçinin hotelin nizam-intizam, təqdimat, iş saatları, tranzit sahələri və s. qaydalarına nəzarət etmək;
- Bir başa rəhbəri tərəfindən təyin edilən təlimatları və tapşırıqları yerinə yetirməklə yanaşı öz vəzifəsinin tələbinə uyğun olan əmək funksiyalarını icra etmək;
- Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək.
Требования
- Təhsil: Bakalavr dərəcəsi, maliyyə və ya digər texniki təhsil;
- Təcrübə: Müvafiq sahədə 3 il (Hotel sektorunda olması arzuolunandır);
- Kompüter bacarıqları: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə, 1C və İScala (və ya, lazım olduğu halda, digər ERP proqramında yüksək səviyyədə) işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ya ingilis dili yüksək səviyyədə;
- Qidaların, qeyri-qida məhsullarının, hotellərin texniki xidmətlərinin qiymətləndirilməsi üçün texniki meyarları bilmək;
- Ölkədaxili ezamlara hazır olmaq;
- Güclü ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti, yüksək səviyyədə danışıqların aparılması üzrə bacarıqlar;
- Təşkilati, analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Planlama və təşkilatçılıq.
Административный, Бизнес, Менеджмент
Профессиональные услуги
Срок действия задания истек