PMD Hospitality

Tender üzrə baş mütəxəssis

By agreement 169
Full-time
Baku, Azerbaijan
06.02.24 - 07.03.24

Working conditions

  • PMD Hospitality Qrup Satınalma Siyasətinə riayət etmək;
  • PMD Hospitality sorğu və tender üsulu ilə satınalma qaydalarına riayət etmək və təkmilləşdirmək;
  • Daxili şöbələrlə əlaqədə olmaq və tender üçün işlərin həcmlərinin formalaşdırmasında yardımcı olmaq;
  • Tender kateqoriyalarına görə təchizatçı şirkətləri müəyyən etmək;
  • Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən təsnifat sənədlərinin təminini təşkil etmək;
  • Tender üzrə təchizatçı şirkətlərlərin ərazisinə səfərləri həyata keçirmək;
  • Texniki və maliyyə qiymətləndirməsini təşkil edib iştirak etmək;
  • Tender protokollarını hazırlamaq;
  • Təcili alqı-satqı, kiçik alqı-satqı, təzə və ya tez xarab olan malların alınması və s. ilə bağlı mövcud təlimatlara əməl etmək;
  • Satınalma, xidmət və ya iş sifarişlərində göstərilən texniki özəllikləri nəzərə alaraq təchizatçılar, podratçılar və xidmət təminatçıları ilə qrup qiymətlərini müzakirə etmək;
  • Təchizatçılar və menecerlər arasında böyük satınalmalar və ya layihələr barədə məlumat toplantılarını təşkil etmək və iştirak etmək;
  • Hər müəssisədə funksional tabe olan işçilərin işinə nəzarət etmək, müəyyən edilmiş məqsəd və prosedurlara uyğun fəaliyyət göstərməklərini  təmin etmək, həmçinin hotelin nizam-intizam, təqdimat, iş saatları, tranzit sahələri və s. qaydalarına nəzarət etmək;
  • Bir başa rəhbəri tərəfindən təyin edilən təlimatları və tapşırıqları yerinə yetirməklə yanaşı öz vəzifəsinin tələbinə uyğun olan əmək funksiyalarını icra etmək;
  • Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək.

Requirements

  • Təhsil: Bakalavr dərəcəsi, maliyyə və ya digər texniki təhsil;
  • Təcrübə: Müvafiq sahədə 3 il (Hotel sektorunda olması arzuolunandır);
  • Kompüter bacarıqları: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə, 1C və İScala (və ya, lazım olduğu halda, digər ERP proqramında yüksək səviyyədə) işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ya ingilis dili yüksək səviyyədə;
  • Qidaların, qeyri-qida məhsullarının, hotellərin texniki xidmətlərinin qiymətləndirilməsi üçün texniki meyarları bilmək;
  • Ölkədaxili ezamlara hazır olmaq;
  • Güclü ünsiyyət qurma bacarığı,  dəqiqlik və detallara fikir vermək qabiliyyəti, yüksək səviyyədə danışıqların aparılması üzrə bacarıqlar;
  • Təşkilati, analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
  • Planlama və təşkilatçılıq.


This job has expired

Related vacancies