Баку,
Азербайджан
07.01.25
-
31.01.25
O работе
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- Sənaye qaydalarına və ən yaxşı təcrübələrə uyğunluğu təmin etmək üçün təhlükəsizlik strategiyalara, siyasətlərə və prosedurlara uyğun, nəzarəti həyata keçmək;
- Potensial təhlükələri müəyyən etmək və müəssisə üzrə riskləri azaltmaq üçün müntəzəm risk qiymətləndirmələri və təhlükə təhlilləri aparmaq;
- Neft kimya sənayesi üçün tətbiq olunan sağlamlıq və təhlükəsizlik qaydaları, kodlar və standartlardan xəbərdar olmaq;
- Müəssisənin potensial fövqəladə hallara hazırlığını təmin edən təlimlərdə fəal iştirak etmək və təlimlər daxil olmaqla, fövqəladə hallara cavab planlarının və prosedurların tələblərinə uyğunluğa nəzarət etmək;
- Müəssisənin təhlükəsizlik prosesləri, texnologiyaları və təcrübələrini təkmilləşdirmək üçün təşəbbüslərini təklif etmək və həyata keçirməkdə dəstək olmaq;
- Müvafiq şöbənin fəaliyyətinin təşkilində iştirak etmək;
- Qaz emalı və Metanol zavodları ərazisində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi və təhlükəli və zərərli istehsal amillərinə nəzarətində iştirak etmək, müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
- Qaz emalı və Metanol zavodları üzrə istehsalat sahələrində xidmət göstərən podratçı və ya subpodratçı təşkilatlar tərəfindən sağlamlığın mühafizəsi və əməyin mühafizəsi sahələrində işlərin təşkili və həyata keçirilməsinə nəzarətin təmin edilməsində iştirak etmək;
- Sağlamlıq və əmək şəraiti ilə bağlı podratçı və subpodratçı təşkilatlardan müvafiq məlumatların alınması və təhlilinin təşkilində iştirak etmək;
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
- İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etmək;
- Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etmək.
Требования
- Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (Sağlamlıq və Təhlükəsizlik, Kimya, Mexanika və ya Sənaye Mühəndisliyi ixtisası üzrə üstünlüdür);
- Müvafiq sahə üzrə ən azı 3 il müvafiq iş təcrübəsi;
- Sağlamlıq və təhlükəsizliklə bağlı yerli, əyalət və federal qaydalar haqqında dərin bilik. Buraya OSHA qaydaları (və ya digər regionlardakı ekvivalent qaydalar) və digər müvafiq standartlarla tanışlıq daxildir;
- Sağlamlıq və təhlükəsizlik sahəsində müvafiq peşəkar sertifikatlara malik olmalıdır, ən azı NEBOSH Beynəlxalq Ümumi Sertifikatı, IOSH Təhlükəsizliyi İdarəetmə, Hündürlükdə İş, Məhdud Məkan Girişi, AGT 1-ci Səviyyə və s.;
- Hərtərəfli SƏTƏM proqramları və təşəbbüslərinin işlənib hazırlanması və həyata keçirilməsində sübut edilmiş təcrübə. Buraya təhlükəsiz iş mühitini təşviq etmək üçün siyasətlərin, prosedurların və təlim proqramlarının yaradılması daxildir;
- İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
- Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).
Инжиниринг
Нефть и газ