Карабах,
Азербайджан
17.01.25
-
17.02.25
O работе
- Müştəriyə gedəcək olan bütün nümunələri götürmək, hazırlamaq və Keyfiyyətə Nəzarət Planına uyğun analizləri yerinə yetirmək;
- Hovuz otağının təmizliyini və xidmətini yerinə yetirmək; temperaturunu və rütubətini tələb olunan dəyərdə olmasını təmin etmək;
- Rütubət dolabının təmizliyini, suyunun dəyişdirilməsini, temperaturunu və rütubətini tələb olunan dəyərdə olmasını təmin etmək;
- Hər 30 gündə bir hovuz sularını dəyişdirmək, bunun qeydiyyatını aparmaq;
- Bütün analizləri doğru ve etibarlı bir şəkildə təlimatına uyğun yerinə yetirmək və nəticələrə nəzarət etmək;
- Gələn nümunələri təlimatlarına uyğun olaraq hazırlamaq və təcrübələri yerinə yetirmək;
- Lazımı və əksik vəsaitlərin, o cümlədən Beton laboratoriyasında istifadə olunacaq materialların miqdarını təqib etmək və bitməmişdən əvvəl xəbər vermək;
- Beton Laboratoriyası cihaz və ləvazimatlarının təlimatlara uyğun olaraq doğrulamasının icrası;
- Texniki Dəstək Proseduruna əsasən analizlər üçün lazım olan hər cür məhlulu hazırlamaq;
- Nümunələrin alınması vaxtı ortaya çıxan nöqsanlar haqqında məlumat təqdim etmək;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək;
- İş yeri: Beton zavodu (Qarabağ-Əsgəran və Bakı).
Требования
- Orta təhsilli, texnikum məzunu, natamam ali təhsilli və ya kimya təmayüllü lisey məzunları;
- Beton laboratoriyası üzrə analiz növləri haqqında biliklər;
- Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
- Davamlı inkişaf;
- Bütövlük;
- CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Инжиниринг
Строительство