Баку,
Азербайджан
08.08.24
-
07.09.24
O работе
- Layihənin İcra Planına uyğun olaraq, öhdəliyə götürülmüş tikinti-inşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş texniki, keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla, razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirilməsi;
- Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi;
- Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsi;
- Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi;
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərə nəzarət edilməsi;
- Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;
- Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi;
- Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
- Smeta sənədlərinin uçotunun aparılması, smeta-maliyyə hesablamalarının sistemləşdirilməsi;
- Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi;
- Tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması üsulları, hazırlanmaqda olan layihələrin keyfiyyətinin qiymətləndirilməsi;
- Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi;
- Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi.
Требования
- Müvafiq sahədə ali təhsil;
- Layihə rəhbəri kimi ən azı 8 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
- Microsoft Office, AutoCAD, ArchiCAD, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
- Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
- Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
- Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
- Tikinti işlərində işlərin, maşın və avadanlıqların planlaşdırılması və koordinasiyası üzrə təcrübə
- Fərdi və komandada işləmək bacarığı
- Effektiv yazılı və şifahi ünsiyyət qurma
- Xoşməramlı olması
- Peşəkar münasibətlərin qurulması
- Dəqiqilik və operativlik
Административный, Бизнес, Менеджмент
Коммунальные услуги
Срок действия задания истек