IMA Energy

Layihə rəhbəri

Ə/h razılaşma ilə 201
Tam iş günü
Bakı, Azərbaycan
08.08.24 - 07.09.24

İş haqqında məlumat

  • Layihənin İcra Planına uyğun olaraq, öhdəliyə götürülmüş tikinti-inşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş texniki, keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla, razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirilməsi;
  • Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi;
  • Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsi;
  • Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi; 
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərə nəzarət edilməsi;
  • Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;
  • Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi;
  • Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
  • Smeta sənədlərinin uçotunun aparılması, smeta-maliyyə hesablamalarının sistemləşdirilməsi;
  • Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi;
  • Tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması üsulları, hazırlanmaqda olan layihələrin keyfiyyətinin qiymətləndirilməsi;
  • Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi;
  • Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi.

Tələblər

  • Müvafiq sahədə ali təhsil;
  • Layihə rəhbəri kimi ən azı 8 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
  • Microsoft Office, AutoCAD, ArchiCAD, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
  • Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
  • Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
  • Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
  • Tikinti işlərində işlərin, maşın və avadanlıqların planlaşdırılması və koordinasiyası üzrə təcrübə
  • Fərdi və komandada işləmək bacarığı 
  • Effektiv yazılı və şifahi ünsiyyət qurma
  • Xoşməramlı olması
  • Peşəkar münasibətlərin qurulması
  • Dəqiqilik və operativlik


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar