Баку,
Азербайджан
26.12.24
-
26.01.25
O работе
- Müvafiq sahədə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır və təkliflər verir;
- Müvafiq sahənin səmərəli fəaliyyətini və istehlakçılara aşağı tariflə (qiymətlə) yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün balanslaşdırılmış investisiya yönümlü tarif mexanizmlərini işləyir;
- Elektrik və istilik enerjisi, habelə qaz təchizatı üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir;
- Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər verir;
- Enerji sahəsində iqtisadi siyasətin formalaşdırılmasına dair təkliflər hazırlayır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini Agentliyin Aparatının struktur bölmələri ilə birgə təmin edir;
- Enerji sahəsində tarif siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır və həyata keçirilməsi ilə bağlı tədbirlər görür;
- Agentliyin Aparatının struktur bölmələri ilə birlikdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, enerji tənzimləmə xidmətləri üzrə tarif siyasətinin dünya təcrübəsini və ölkənin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak edir;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir;
- Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Требования
- “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 4 ildən az olmayaraq iş təcrübəsi;
- Yaş həddi 25-40 aralığı;
- Microsoft Office proqramı üzrə hesabatları, maliyyə modellərini və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır;
- Azərbaycan dilini səlis, ingilis dili yüksək səviyyədə bilməli və rus dili arzu olunandı;
- Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standarları və Korporativ Maliyyə sahəsi üzrə orta səviyyədə biliklərə malik olmalıdır;
- İFRS və Korporativ Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır;
- ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır.
Административный, Бизнес, Менеджмент
Коммунальные услуги