Баку,
Азербайджан
02.12.24
-
02.01.25
O работе
- Biznes tələblərinin toplanması və təhlili: Şirkətin iş prosesləri və tələblərini anlamaq, sistemin inkişafı üçün biznes tələblərini toplamaq;
- Tələblərin sənədləşdirilməsi: Biznes tələblərinin texniki tələblərə çevrilməsi, detallı spesifikasiyaların hazırlanması;
- Sistem analizi və dizaynı: Mövcud sistemlərin təhlili, yeni sistem dizaynı və tətbiq olunacaq həll yollarının təklif edilməsi;
- Komanda ilə əməkdaşlıq: Proqramçılar, layihə menecerləri və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək;
- Test proseslərinə dəstək olunması: Yeni həllərin və sistemlərin test edilməsi üçün ssenarilərin hazırlanmasına və test proseslərinə dəstək;
- Layihə idarəetməsi dəstəyi: Layihə müddətində irəliləyişin izlənilməsi, risklərin və problemlərin həlli üçün dəstək vermək;
- Biznes ilə kommunikasiya: Bizneslə əlaqə quraraq onların tələblərini və gözləntilərini müəyyənləşdirmək və müvafiq həll yolları təklif etmək;
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı;
- Təlim və sertifikat proqramlarına dəstək;
- İş məkanı: Azure Plaza;
- Nahar: Təmin edilir;
- İş rejimi: 5 gün (həftəiçi).
Требования
- Təhsil: Kompüter elmləri, İnformasiya Texnologiyaları, Biznes Administrasiyası və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi;
- Təcrübə: IT Biznes Analist vəzifəsində ən azı 2+ il iş təcrübəsi;
- Analitik bacarıqlar: Məlumatların analiz edilməsi, proseslərin optimallaşdırılması və sistemlərin işləmə mexanizmlərinin dərin təhlil bacarığı;
- Proses modelləşdirilməsi: BPMN, UML kimi modelləşdirmə texnologiyaları üzrə biliklər (arzuolunandır);
- Proqram təminatı bilikləri: Agile, Scrum və ya digər metodologiyalarla layihə idarəetmə alətləri ilə tanışlıq;
- Texniki biliklər: SQL, API-lərlə işləmə təcrübəsi, ERP və CRM sistemləri barədə biliklər;
- Kommunikasiya bacarıqları: Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, biznes tərəflər və texniki komandalar arasında vasitəçilik etmək;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlük təşkil edir;
- Problemlərin həll olunmasında kreativ yanaşma;
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı;
- Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Biznes Analitik” yazmaqla, öz CV-lərini mail ünvanına göndərə bilərlər.
Информационные технологии
Kоммерция